Markes haqda 10 maraqlı fakt

— Markes təyyarə ilə səyahət etməyi xoşlamırdı.

— 1985-ci ildə Markes yazmağı dayandırmışdı. 20 illik fasilədən sonra “Hüznlü fahişələrim” əsərini yazdı. Həmin əsər əsasında çəkilmiş “Hüznlü fahişələrim” filmində baş rollardan birini Çarli Çaplinin qızı Ceraldina Çaplin oynayır.

— Markes 50 yaşına qədər günə 60 siqaret çəkirmiş. İki dəfə xərçəng xəstəliyinə qalib gəlib.

— Oğlanlarından biri qrafik dizaynerdir. Los-Ancelesdə yaşayır və müxtəlif məşhur filmlərdə, TV şoularda işləyib. İkinci oğlu isə ssenaristdir.

— Əsərlərinin böyük bir qisminə film çəkilib, amma dahi yazıçı “Yüz ilin tənhalığı” əsərinin ekranlaşdırılmasına qadağa qoyub.

— 2006-cı ildə Markesin doğulduğu Arakataka şəhərində referendum keçirilmişdi. Şəhərin meri təklif edirdi ki, şəhərin adını dəyişib Makondo qoysunlar. 90 faiz “hə” desə də, dəyişiklik qəbul edilmədi. Çünki yetərsay yox idi.
Ardı →

Markesdən sitatlar

Bir insanın ən böyük səhvi birinə lazım olduğundan daha çox dəyər verməsi deyil, özünə layiq olduğundan daha az dəyər verməsidir .

Sonluğa gəldiyin üçün ağlama, sadəcə onu yaşaya bildiyin üçün gülümsə.

İtirəcək heç nəyi olmayan insanlardan qorxmalısan. Çünki onlar qazanmaq üçün hər şeyi edərlər.

Önəmli olan həyatda başına gələnlər deyil, nəyi necə yaşadığındır.

Birlikdə gülürsünüzsə bu xoşbəxtlikdir, birlikdə ağlayırsınızsa bu dostluqdur, amma birlikdə susursunuzsa bu artıq sevgidir.

Çox gözləyən, aza da ümid etməyi bacarar.

Əslində dünyada pis insan yoxdur, hər insanın varlığı bir rahatlıqdır, kimisi gələndə, kimisi gedəndə.

Birisinə yadlaşmağın ən məhvedici təzahürü yanında oturduğunu bilə-bilə onunla bir də heç bir zaman yaxın ola bilməyəcəyinin fərqində olmaqdır.
Ardı →

Markesin ölümqabağı məktubu

Qabriel Qarsia MarkesMəşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazdı.
Əslində bu,əcəlin yaxınlaşdığını hiss edən Markesin bütün dünyaya çağırışı idi.
"Əgər, Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi mütləq düşünərdim. Hər şeyə dəyər verərdim. verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün...

Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimizi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə məhrum qalırıq.
Başqaları dayananda mən yeriyərdim, başqaları yatanda mən oyanardım.Danışan hər kəsi dinləyərdim...Gözəl bir şokoladlı dondurmanı ləzzətlə yeyərdim. Əgər Allah mənə bir qədər də ömür bəxş etsəydi, sadə geyinərdim.

Allahım, əgər bir qəlbim olsaydı, bütün nifrətimi bir buzun üzərinə yazıb, günəşin çıxmasını gözləyərdim.Allahım,bir parça ömrüm olsaydı, bir dəqiqəmi belə insanları sevdiyimi onlara söyləmədən keçirməzdim, eşqə aşiq olaraq yaşayardım.İnsanlara aşiq olmaqdan əl çəkdikləri üçün qocaldıqlarını, yaşlandıqdan sonra aşiq olmaqdan çəkindikləri üçün yanıldıqlarını sübut edərdim. 


Ardı →