Nobel nitqi | Qabriel Qarsiya Markes

London ilk şəhər divarını uzatmaq üçün 300 il sərf etdi, Roma 20 əsr boyunca qeyri–müəyyənlik içində yaşadı, bu gün sülhpərvər kimi tanınan İsveçrə XVI əsrdə muzdlu əsgərlər vasitəsilə Avropanı qana çalxaladı…

Magellanla birlikdə dünyanı dolaşan Florentina dənizçisi Antanio Piqafetta Amerikanın cənub sahillərinə səyahətindən bəhs edən, macəradan çox xəyalı xatırladan, son dərəcə səliqəli və dəqiq yol qeydlərinin müəllifidir.

Qeydlərdə o, göbəyi dal ayağında bitən donuzlar, caynaqsız quşlar gördüyünü yazır. Bu quşların dişiləri yumurtalarını erkəklərinin belində qoyurlar. Dilsiz qutanı xatırladan başqa bir quşun isə dimdiyi qaşıq formasındadır. Burada Piqafetta dəvəbədənli marallardan, qulaqları və başı qatırı xatırladan, at kimi kişnəyən hansısa əcaib məxluqdan da danışır. O, güzgü ilə ilk dəfə qarşılaşan patoqoniyalılardan yazır. Dənizçinin yazdığına görə, güzgüdə öz əksini görüb dəhşətə gələn bir nəhəng Patoqoniya sakini huşunu itirib.
Davamı →

İlham yalnız iş zamanı gəlir

Qabriel Qarsiya MarkesMən şlyapa qoymuram ki, kiminsə qabağında onu çıxarmalı olmayım. (“Polkovnikə məktub yoxdur”)

Hər şey canlıdır; əlbəttə, əgər onun ruhunu oyatmağı bacarsan...(“Yüz ilin tənhalığı”)

Sevən adamlar əşyaları ilə birgə ölsələr daha yaxşı olardı. (“Vəba dövründə məhəbbət”)

İnsan bir dəfəlik şeyləri çox xoşlayır, ona görə ki, özü də birdəfəlikdir.

Kim ki, çoxdan gözləyir, hələ bir az da gözləyə bilər. (“Polkovnikə məktub yoxdur”)

İnsan yalnız bir dəfə-anası onu dünyaya gətirəndə doğulmur, həyat onu dəfələrlə özünü doğmağa məcbur edir. (“Vəba dövründə məhəbbət”)

Bir şeyə qadın qarışıbsa, əminəm ki, hər şey yaxşı olacaq. Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir.
Ardı →

Kifir qadın haqqında təzadlı düşüncələr | Markes

Qabriel Qarsiya MarkesO, dondurma kafesinin ilk sıralarındakı stollardan birinin arxasında əyləşmişdi. Və mən əmin idim ki, bu, ömrüm boyu rastlaşdığım kifir qadınların ən kifiridir. Şlyapasız idi… Görən andaca onun bu cür qəribə, xariqüladə kifirliyi məni necə sarsıtdı, necə karıxdırdısa, mənə elə gəldi ki, şlyapa olsa belə çətin nəyisə dəyişə bilsin… Uzun, iri yaşıl güllü, meydan oxurcasına sadə biçimli libasda o həqiqətən də kifir görünürdü. O qədər kifir ki, hətta həkim tanışım Armando Solano da onu aşkar maraqla gözdən keçirməkdən çəkinməzdi, bəlkə lap yanındakı stolun boş olduğunu görüb onunla əyləşərdi də.

Onun kifirliyi nifrət dolu nəzərlərlə seyr etməyə hazır olduğumuz qadınları belə ötüb keçmişdi, adət etdiyimiz həddi aşmışdı. Görünür, kifirliyin bütün düşünülən sərhədləri pozulduqda, o, heç gözlənilmədiyimiz anda məlahətli, cəzbedici olur. O küçədə görüb üz-gözümüzü turşudaraq «Ay Allah, necə də eybəcərdir!» — dediyimiz qadınlara heç bənzəmirdi. Burada vəziyyət tamamilə başqa idi. Düşünün ki, təkrarsız gözəlliyi olan bir dilbər kimi belə qadınları görəndə də nitq tutula bilər, yerində donub qalarsan. Məhz buna görə dünən kafedə əyləşmiş qadın, belə bir iddiada olmadan, özünün bütün fövqəladə kifirliyi ilə məndə təbiətin comərdcəsinə gözəllik bəxş etdiyi xanımların oyada biləcəyi təəssüratı oyatdı. Hətta ürək edib deyə bilərəm ki, o, ən füsunkar, canalan afətin oyada biləcəyi hissləri oyatdı.
Ardı →