Qadınlar niyə “pis” kişilərə aşiq olur?

  • Qadın
Qadınlar əksərən “pis oğlan” kimi tanınan kişilərə aşiq olurlar. Bu tip kişilər çox zaman yaraşıqlı, cazibədar olduğu üçün qadınların diqqətini daim çəkir. Lakin bunun sonu çox zaman kədərli bitir. “Pis oğlan” kimi tanıdığımız bu kişilər məsuliyyətsiz olur və ancaq özlərini düşünürlər. Eqoları olduqca yüksək olan bu kişilər hansı xanımı istəsələr, əldə edə biləcəklərini düşündüklərindən heç bir qadın onlar üçün önəm daşımır.

Alimlər qadınların belə kişiləri seçmələrinin bir neçə səbəbini açıqlayıb. Bunun səbəblərindən biri belə kişilərin cazibəsinə qarşı qadınların iradəsinin zəif olmasıdır. Xarici görkəmi yaraşıqlı olan kişilərin yaxşı ata ola biləcəyini düşünən qadınlar münasibətlərin sonunda kədərlənən tərəf olurlar
Davamı →

Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü. Bəs nəyə görə kişilər qadınların çətin xaraketli olduğunu və nə istədiklərini bilmədiklərini düşünürlər? Ziqmund Freydin belə bir deyimi var: “30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

Maraqlıdır, kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək doğrudanmı bu qədər çətindir?! Qadın həyatda elə bir kişi arzulayır ki, hər bir frekansda onunla bərabər ola bilsin. Bu, bir qayda deyil, amma şüuraltı əsasən gözəl qadınlar məhz bu tip kişiləri arzulayırlar. Bununla belə, qadınlar güvən verməyən kişilərə təəccüblü olsa da, nifrətlə yanaşırlar. «Bir qadının kişiyə qarşı diqqətini nə çəkə bilər?» sualına belə bir cavab verə bilərik. Kişinin özgüvənli olması, özünə hörmət və nəzarət etmək bacarığı qadının diqqətini çəkir. Əksər kişilər qadınlar haqqında «nə istədiklərini bilmirlər» sözünü tez-tez deyirlər. Amma gəlin baxaq. İstənilən qadına bu sual verilsə, “burda çətin nə var ki?!” cavabını almaq olar.

Kişi sərbəst və özünə inamlı olmalıdır. Hətta qürurlu, güclü xanımlar özgüvənli kişinin yanında özlərini sevilən qadın kimi görmək istəyirlər.
Davamı →

Qadınların evlilikdən qorxmasının səbəbi

  • Qadın
Bağlanmaq qorxusu münasibətdə qadın və kişini narahat edən əsas məsələlərdəndir. Bunu uzun münasibət, yaxud da evlənmək qorxusu da adlandıra bilərik. Psixoloq Larissa Varol bağlanmaq qorxusunun səbələrini aşağıdakı kimi sıralayıb:

1. Tərəflərin azadlıqlarını itirəcəklərindən qorxmaları.
2. Tək güllə bahar olmaz prinsipi. Başqa dillə desək, yalnız bir nəfərlə münasibətdə olmaqdan, cinsi həyatın monotonlaşmasından qorxmaq.
3. Böyük bir yükün altına girməkdən çəkinmək.

Psixoloqun sözlərinə görə, insan həm qarşısındakının onun azadlığını məhdudlaşdıracağını düşündüyü, həm də münasibət bitdiyi zaman bu vəziyyətin onu incidəcəyini fikirləşdiyi üçün sevməkdən qorxur.
Davamı →

"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi

  • Qadın
Cəmiyyətdə “təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı səbəblər yatır? Gəlin, bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini birlikdə nəzərdən keçirək.

1. Ürəkləri istədiyi kimi geyinirlər
Onların qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi geyinməyi sevirlər və ətrafdakıların fikirlərindən zərrə qədər də narahat olmurlar. Özlərinə olan inamları ətraflarını da sanki sehrə salır və başqalarında xor görüləcək hər şey bu qadınlar üçün adi hal kimi görülür. Çünki onların fikirlərinə və seçimlərinə qarşı çıxmaq hər adamın bacaracağı iş deyil.
Davamı →

Qadınlar niyə həssasdır?

Sual: Niyə bu qədər həssas və duyarlı olmuşam? Bu həssaslıq nədən yaranıb, hardan qaynaqlanır? Bunu paylaşmaq mümkündürmü?

Oşo: Bütün uşaqlar həssas doğular, olduqca həssas. Lakin, toplum, dünyada həssas insanların olmağını istəməz. O, daş ürəkli insanlar istəyir. O, işçilər istəyir, əsgərlər istəyir. O, ürəyini gözardı edən hər cür “sərt” insanı istəyir. Toplum, professorlar istəyir, intellektuallar istəyir, elm adamları istəyir. Onlar ürəkləri haqqında, öz həssaslıqları haqqında heç nə bilməyənlərdir. Əgər, duyarlı və həssassınızsa, bu, şükür etməli bir şeydir. Bəlkə də, qadın duyarlı və həssas olmaqda kişidən daha bacarıqlıdır. Çünki, qadın əsgər olmayacaq, ondan insanları öldürməsi gözlənilməyəcəkdir. Bir qadın kişidən daha həssasdır. Çünki, toplum, onu önəmli olan hər məsələdən kənar etmişdir, bəlkə də gözardı etmişdir. Beləliklə, şükür ki, kişi canavara çevrilərkən, qadın hələ insan olaraq qala bilmişdir.

Davamı →

8 MART

Əziz xanımlarımız!

Sizin, əksər kişilərimizin ildə bir dəfə hədiyyə almağı yadına salıb, məcburi təbrik etdiyi 8 Mart Qadınlar bayramınızı təbrik edirəm!
Qəlbinizdən sevinc, sevgi, səadət heç vaxt əskik olmasın!

Azərbaycan xanımlarının əksəriyyəti mənimçün həmişə sədaqət, həya, təmkin, özündən çox ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olub.

Əziz kişilərimiz! Mütləq deyil elə bu gün nəsə bir ətir, çiçək, nə bilim, hər hansı bir hədiyyə almağı özünüzə borc bilərək sizə yaxın olan xanımları təbrik edəsiz. Qoy sizlərin adət halına çevirmək istədiyini dilədiyim xoş rəftarınız, səmimi, qarşılıqsız sevginiz, gülər üzünüz, sevgi dolu sözləriniz, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər gün verdiyiniz hədiyyə olsun.

Qadını insan kimi saymayanlara isə tövsiyyəm budur: Onları yalnız öləndə yox, yaşadğınız hər gündə başınızın üstündə tutmağı bilin!

Azərbaycan XANIMI dünyanın ən gözəl nemətlərinə layiq olmağı haqq edən qadındır. Sadəcə, bunu ona hiss etdirin, vəssalam!

Qadınlar bayramınız mübarək, əziz Azərbaycan XANIMIM!

Davamı →

“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabındaSokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.


Ardı →

Qadınların əhvalı hormonlardan asılıdır

Kişilər əksəriyyəti etiraf edir ki, qadınları başa düşmür. Onlar hətta «qadın məntiqi» kimi anlayış fikirləşiblər.

«Qadın məntiqi» dedikdə kişilər qadınların «məntiqsiz» (kişilərin anlamında) hərəkətlərini və fikirlərini nəzərdə tuturlar. Məsələn, qadın adi zarafatı bu gün gülə-gülə qəbul edirsə, bir neçə gündən sonra eyni zarafat göz yaşlarına səbəb ola bilər və s.

«Bu qadınları başa düşmək olmur!» — fikirləşir kişilər. Yox, olur. Sadəcə bunun üçün kişilərin 1 ay ərzində hər bir qadının orqanizmində baş verən ciddi dəyişikliklərdən az da olsa xəbərləri olmalıdır.

İnsan fizioloji orqanizmdir. Onun əhvalına orqanizmdə gedən dəyişikliklər böyük təsir edir. Əsas təsirlərdən birini də cinsi hormonlar edir. Kişilərdə 1 dənə əsas cinsi hormon var — testosteron. Məhz bu hormon kişini kişi edir (xarici görünüş, davranış və s.). Qadını isə qadın edən 1 yox, 2 hormon var — estrogen və proqesteron. Bu hormonlar qadının orqanizminə (və, o cümlədən, əhvalına) müxtəlif təsir edir. 1 ay ərzində bu hormonların səviyyəsi tədricən qalxır və düşür və məhz bu hormonal dəyişikliklər qadınları belə «dəyişkən», «məntiqsiz» edir.


Ardı →

Qadın çantasında olan 6 toksik əşya

Bildiyimiz kimi qadın çantasında heç də az əşya olmur. Hər gün bu əşyalarla kontaktda olan qadınların çoxu, təəssüf ki, bu əşyaların toksik olduğunu və sağılamlıq üçün təhlükə yaratdığını bilmirlər.

Telefon, dodaq üçün balzam, ətir — bunlar sağlamlıq üçün təhlükəsiszdir?

Sizə çantada olan ən toksik əşyaların siyahısını təqdim edirik:

— Telefon. Hal hazırda mobil telefonun dəqiq ziyanı haqda tam dəqiq məlumat verilməsə də, aparılan təcrübələrə əsasən məlum olub ki, telefondan olan elektromaqnit şüalanma döş xərçəngi hüceyrələrinin inkişafını 4 dəfə, spermatozoidlərin ölümünü isə 3 dəfə tezləşdirir. Mütəxəssislər zəng etmək əvəzinə sms yazmağı məsləhət görürülər. Danışıq zamanı isə telefonu başdan bir neçə sm uzaq tutmaq lazımdır.

— Əl üçün antiseptik gel. Məlumata görə, əl üçün bu gellərin tərkibində xlorid benzolkoniyası vardır. O isə sağlam adamlarda belə astma xəstəliyi yarada bilən maddələr qrupuna aid edilir. Çalışın antiseptik vasitələr aldıqda sprit əsaslı olanlarına üstünlük verin.Bu vasitələrdən istifadə edərkən allergik reaksiyalara da fikir verin.
Ardı →

Rənglər qadınlar haqda nə deyir?

  • Qadın
Özünüzə tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.

Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.
Davamı →