İslam dünyasında qadın

İslam dünyası, fərqli coğrafi bölgələrə və iqlimlərə dağılmış vəziyyətdə olub, bir çox qövm və irqləri öz içində saxlayar. Orta şərqi, Afrika qitəsini, uzaq şərqi, Osmanlı İmperatorluğu dövründə İslam ilə tanış olmuş olan cənub şərq Avropanın bir neçə bölgələrini və bunlardan başqa Amerikada və şimal Avropanın içində olan Müsəlmanlar, İslam dünyasını təşkil etməkdədir. Olduqca geniş bir sahəyə yayılmış olan İslam Dünyası, zəngin ölkələrə sahibsə də bir çox ölkələr də kasıblıq və geri qalmışlığın ağrısını çəkməkdədir.
Ardı →

Qadınların sevmədiyi sözlər

1) «Kökəlmisən»
2) «Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!»
3) «Otur evdə işivi gör!»
4) «5-6 manat pul qazanırsan onu da təpəmizə vurma»
5) «Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!»
Ardı →

Sevgi yaradıcılığı

Müsəlman şərqi ölkələrinin tarixi keçmişinin də, bu gününün də şahidlik etdiyi xoşagəlməz məsələlərdən biri qadın hüquqlarının pozulması, qadınların alçaldılması ilə bağlı eybəcər ənənələrlə bağlıdır. Klassik və müasir Azərbaycan ədəbiyyatında, eləcə də digər müsəlman şərqi ölkələrinin ədəbi nümunələrində tənqidə tutulan bu ənənələr çox zaman müsəlmanların arxaik və gericil milli mədəniyyətləri müstəvisində aşkarlanır. Əslində isə bunların yaşarılığını təmin edən, bunları gündəmdən – çağdaşlığımızın fonunda idbar görüntülərdə müəyyənləşən məişət münasibətləri gündəmindən – düşməyə qoymayan, tarixin arxivinə verilməkdən saxlayan başlıca məqam saxtalaşdırılmış dini yozumlardan su içməsi ilə şərtlənir. Bu yazıdan məqsədim gericil müsəlman ailələrində ərin öz zövcəsinə əl qaldırması kimi kobudluğun “dini” mündəricəsini aşkarlamaqdır.


Ardı →

Kişilər qadınlar haqqında

  • Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir: (F.LAROŞFUKO)
  • Əgər bir kişi 40 yaşinadək heç sevməyibsə o yaşdan sonra sevməməsi daha məsləhətdir: (B.ŞOU)
  • Hər şeydən əvvəl gözəl geyim,sonra da ona pərəstiş edən gözəl kişi-budur qadınların ənənəvi istəkləri.(K.Bovi)
  • Qadın gülməyi bacaran zaman gülür və istədiyi zaman ağlayır.J.Baif3.Qadın elə bir mələkdir ki,biz uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə bizə təsəlli verir.(A.Aqustin)


Ardı →

Qadınların psixologiyası

  1. Qadınlar istəsə, lap qabları da yuyarlar, amma istəmirlər.
  2. Biz axmaq şeylər danışanda Qadınlar susurlar.
  3. Biz ağıllı sözlər deyəndə də Qadınlar susurlar.Qadınlar bir gün (heç olmasa bir dəqiqəlik) anlayacaq ki, bizdən yaxşısı yoxdu.
  4. Qadınların prinsipləri var, bəzilərini heç qəbul eləyə bilməsək də.
  5. Qadınlar bizdən hündürdü, yuxarı rəfdən kitabı çox rahatlıqla götürürlər.
  6. Qadınlar bizə «Səni sevirəm» deyəndə başa düşürsən ki, sən də varsan.
  7. Qadınlar kompüteri və texnikanı daha yaxşı söküb-yığırlar. Bəzən yığa bilmirlər.

Davamı →

Qadınlar haqqında 10 gizli fakt

Zərif cinsin nümayəndələri bu haqda adətən susmağa üstünlük verir. «Men’s Health» jurnalına istinadən xəbər verir ki, ilk fakt qadın intuisiyası ilə bağlıdır. Bu, xanımlarda həqiqətən var: o, ərindən rəisinin katibəsini soruşan zaman kişinin ani anda niyə susduğunu yaxşı anlayır. Odur ki, ən yaxşı variant açıq danışmaq olardı…

2. Hər bir qız əmindir ki, keçmiş sevgilisi nə vaxtsa onun geri dönəcəyinə ümid edir və bu xoşbəxt anı gözləyir.

3. Nə vaxt ki qız sözünə «sən həqiqətən də yaxşı oğlansan…» deyərək başlayırsa, getmək üçün çantanı yığa bilərsən.
Ardı →

Gözəl qadın,ağıllı qadın

Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Bu, həqiqətdir ki, özünə baxmayan qadınlar var. Gündəlik qayğılar içində itib-bataraq yaraşıqlı görünməyi unutmaq bağışlanılmazdır. Halbuki bu, elə bir vaxt aparmır. Bunun üçün hər gün səhər və axşam özünüzə beş-on dəqiqə ayırsanız, hər şey yaxşı olar. Necə? Diqqətli olun!
Ardı →

Qadınlara 10 məsləhət

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı. «Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.

1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də öcəşkən ol. Gülümsə və sakit danış.
2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.
3. Ərin yatanda, onu oyatma.
4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.
5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.
6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.
7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.
8. Ondan mümkün olmayanı gözləmə.
9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.
10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.


Davamı →

Hər qadın bunu bacarmalıdır

1. Güzgüsüz pomada çəkmək
Formalı çəkməyə çalışmadan pomada ilə dodaqlarının üzərindən apar. Sonra bir neçə saniyəlik dodaqlarını bir-birinə bərk sıx — pomada özü dodaqlarına bərabər çəkilmiş olacaq.

2. Kompliment qəbul etmək
Sakit və əlavə emosiyalarsız. Çalış ki, kompliment söyləyən adama təşəkkürlər yağdırmaya və «Sadəcə, burada işıq yaxşı düşüb» tipli cümlələrlə təvazökarlığını nümayiş etdirməyəsən.

3. İşin çox olduğu bir vaxtda şefinə xəstələndiyini xəbər vermək
Vicdan əzabını unut — sən doğrudan da özünü çox pis hiss edir və işə çıxa bilmirsən. Sənə nə olduğunu şefə başa sal və həkimin nə vaxta səni ayaqüstə qoyacağını bildir. Xatırlat ki, nə məsləhət lazım olsa, sənə istənilən vaxt zəng edə bilərlər.


Ardı →