Dahilər bütün dünyaya məxsusdur

  • Musiqi
«Öz bəşəriyyətinin» ifadəsinə kimlərinsə təəccüblənəcəyi gümanındayam. Amma təəssüf. Burada olsa-olsa başlıqdakı adla və bu addan doğan milli eqo ilə ilgili inoqısqanclıq ehtimalı ola bilər ki, bunu da — bu yeri böyük məmnuniyyət və üst ştrixlə Bethovenə, Vivaldiyə, Rossiniyə, Şopenə, Motsarta, Çaykovskiyə… də verməklə «zərərsizləşdirə», belə demək mümkünsə, konsensuslaşdıra bilərik. Adlarını tam sadalamadığım bu nəhənglərin hər biri doğrudan da öz xalqı və öz bəşəriyyətinin fəxri-major ovqatıdır. Bəşəriyyəti ayrı-ayrı xalqların yetirdiyi fenomenlər formalaşdırmırlarmı? Bu sual — müsbət qəbul edildiyi halda — məlum «hamınındır — heç kəsin deyil» formuluna yer qoymur.

Davamı →

Qara Qarayev zirvəsi

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.
Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.


Ardı →

Qara Qarayev

Ötən əsrin 70-ci illəri idi. Böyük bəstəkarımız və böyüklüyü ilə də biz o dövr gənclərinin qürur duyduğu Qara Qarayevin şöhrət pillələri ilə ilbəil deyil, günbəgün yüksəldiyi çağlar idi. SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanıydı, o dövrün ən ali ödülü sayılan Lenin mükafatına layiq görülmüşdü. Musiqisinin dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu öz çıxışlarında D.Şostakoviç, R.Şedrin, A.Xaçaturyan, İ.Stravinski, L.Koqan, L.Mazel, M.Aranovski, T.Xrennikov kimi zamanın böyük musiqiçiləri aşkarda və gizlində etiraf etmişdilər. Sənət kuluarlarında söhbət düşəndə maestro Niyazi, Soltan Hacıbəyov, tələbələri olmuş Arif Məlikov, Aydın Əzimov, Cavanşir Quliyev onun haqqında heyranlıqla danışırdılar. Yaxın dostu, istedadlı riyaziyyatçı alim, akademik Azad Mirzəcanzadə musiqisinin incəlikləri barədə son dərəcə orijinal məqalələr yazmışdı.


Ardı →

Qara Qarayev

Gözü həmişə Bakıda olan bəstəkara  gah Qara Qızıl, cah da Qızıl Qızılov deyərdilər.  
«Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır… Belə gözəl şəhəri mənim xalqım əsrlər boyu yaradıb» Qara Qarayev

Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.  Şərq tərbiyəsi almış Fərəc babanı Qarayev mənəvi-fəlsəfi mövzularda söhbət edən, musiqi və şeri, fars dilini bilən, Nizami Gəncəvini orijinalda oxuyan və muğamat bilicisi kimi xatırlayır.


Ardı →