Xruşovla kraliçanı dost edən Qarabağ atları

Ermənilər bu dəfə Azərbaycan xalqına məxsus Qarabağ atlarını özününküləşdirir. Bunun üçün işğal altındakı Xocalının Muxtar kəndində yeni atçılıq mərkəzi yaradıblar.
Hətta mərkəzdə Qarabağ atlarının sayının artırılması və sonradan xaricə satılması da planlaşdırılır.
Beynəlxalq aləmdə Qarabağ atları necə qorunur ?
Məsələ ilə bağlı 4-cü nəsil atçı, məşqçi Sərxan Tağıyev Modern.az-a danışıb:

Davamı →

Qarabağ atı

Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazın ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Qarabağ atı

Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.


Ardı →

At muraddır

Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, «At igidin dostudur» xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin «Xosrov və Şirin» poemasında Şirinin çox sevdiyi «Gülgün», Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı «Bozat» dillər əzbəri olmuşdur.
El arasında deyildiyi kimi, at muraddır, at insanların sədaqətli dostudur. At həm də ən ali, ən dəyərli hədiyyədir...
Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli «Zaman» adlı kəhər bağışlamışdır.
Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.
Ardı →