Moskva müqaviləsinin tarixi əhəmiyyəti

Ötən əsrin 20-ci illərində Rusiyada siyasi hakimiyyət hələ möhkəmlənməmişdi. Ölkədə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə baş verir, imperialist dövlətləri bolşevik hakimiyyətinə qarşı müxtəlif təxribatlar törədirdi. Bu fikirləri eyni ilə Türkiyəyə də aid etmək olar. Osmanlı imperiyası süqut etmiş, Mustafa Kamal Paşa Türkiyəni xilas etmək üçün mübarizəyə başlamışdı. Belə bir şəraitdə Rusiya-Türkiyə yaxınlaşması tarixi proseslərin nəticəsi olaraq ortaya çıxdı.

Davamı →