Kirli realizm və Reymon Karver

  • Esse
Kirli Realizm 1970-80-ci illərdə Amerikada ortaya çıxan ədəbi cərəyandır. Reymon Karverin Kirli Realistlərin atası olduğunu demək olar, amma dövrün Amerikasında baş verənlərin ədəbiyyata olan təsiri Kirli Realizmi bir yazıçının üslubunu təqlid edərək yazılmış qısa ömürlü cərəyan olmaqdan çıxarır.

Cərəyanın geniş vüsət alması xəyallar ölkəsi Amerikanın Böyük Böhran, ardınca isə Vyetnam Müharibəsindən sonra öz reallıqları ilə üzləşdiyi dövrə təsadüf edir. Necə ki, İtmiş Nəsil bir növ Birinci Dünya Müharibəsinin təsiriylə formalaşmışdı, Kirli Realistlərdə də Vyetnam Müharibəsinin təsirini və bu savaşın əleyhinə olmaqlarının izlərini görmək olar. Buna görə bu ədəbi nəsil Yeni İtmiş Nəsil olaraq da tanınır.
Davamı →

Meqapolis hüznləri | Qismət

“Sovetski”nin pişiklərinə ithaf olunur...Qismət
Babamgilin şəhərin mərkəzində evləri vardı. Mustafa Sübhi küçəsi, 31-də. Məşhur adıyla “Sovetski”də. “Seqa”nın təzə məşhurlaşan vaxtlarıydı. Evə gələn qonağa gedəndə pay qoymaq adəti ( bunlar adətən kənd yumurtası, pendir, yağ və mürəbbə, kampot olurdu) təzə-təzə səngiyirdi. 150 nömrəli məktəbin ətrafındakı dar küçələrdə saqqızdan yox, saqqızdan çıxan şəkillərdən ötrü futbol oynayırdıq. O vaxtlar məhlələrarası oyunlarda “turbo” saqqızından çıxan bu şəkilləri qazanmaq, bizim üçün dünya kubokundan üstün idi. Dönəmin Braziliya futbol yığmasında ən ünlü oyunçular Romario və Bebetoydu, amma “Tom və Cerri” cizgi filmi hələ köhnəlməmişdi. 90-cı illərin ortasıydı, əbədi keçmişə çevrilmiş uşaqlığımın ən dəcəl, ən qaynar, ən kədərli günləri...

“Uçan boşqablar” barədə məhəlli söhbətlər, başqaplanetlilər haqqında sənədli filmlər artmağa başlamışdı. “Terminator” filmində, böyük bir hərbi hissəni yenidən qurmağa yarayacaq qədər arsenalı tum kimi çırtlayan Arnold Şvartzeneggerin, həyatda da o cür olduğuna inanan adamlar Marsdan məhəlləmizə təzə-təzə təşrif buyurmuşdular.
Ardı →