Qreypfrut şirəsi ilə arıqlayın

C vitamini ilə zəngin, faydalı və asan hazırlanan resepti sizinlə bölüşürük. Tərkibindəki bol C vitamini sayəsində metabolizmi sürətləndirir və yatanda belə arıqlamağınıza kömək edir. Bu içkini hər yeməkdən qabaq içməlisiniz. Necə hazırlanmasına gəldikdə isə.

Tərkibi:
— 1 stəkan təzə qreypfrut suyu,
— 2 yemək qaşığı alma sirkəsi,
— 1 çay qaşığı bal.

Necə arıqladır?
Xüsusilə məşq zamanı daha sürətli yağ yandırmağa kömək edir, aparılan araşdırmalar yetərli miqdarda C vitamini səviyyəsinə sahib olan insanların olmayanlarla müqayisədə idman əsnasında yüzdə 30 daha çox yağ yandırdıqlarını bildirir.

Digər tərəfdən sirkənin tərkibində olan turşular yağ yandırmağa kömək edən genləri hərəkətə gətirir və metabolizmi sürətləndrir. Sirkə və qreypfrut qarışığının dadı sizə turş gələrsə, 1 qaşıq bal da əlavə edərək içkini dadlandıra bilərsiniz. Bu bal içkinizə sadəcə 20 kalori əlavə edəcək.
Davamı →

İmmuniteti gücləndirən təbii antibiotiklər

Antibiotik sözü «anti» — qarşı və «bio» — həyat sözlərindən əmələ gəlib.

Bu preparatlar mikrobları məhv edir. Bir çox xəstəliklərin (məsələn, tonzillit, haymorit, otit və s.) müalicəsində antibiotiklərdən istifadə olunur.

Təbiətdə insan orqanizminə antibiotiklərin təsirinə oxşar təsir edən bəzi bitkilər və maddələr var. Onlar da orqanizmə düşən zərərli mikrobları məhv edir. Bundan əlavə bu təbii vasitələr virusəleyhinə təsir edir (kimyəvi antibiotiklər — yox!), immuniteti möhkəmləndirir, bağırsaqların xeyirli mikroflorasını məhv etmir (kimyəvi antibiotiklər isə edir!), allergik reaksiyalara çox nadir hallarda səbəb olur (antibiotiklər isə kifayyət qədər tez-tez müxtəlif allergik reaksiyalara səbəb olur). Beləliklə təbii «antibiotiklərin» bir çox üstünlükləri var. Əlbəttə ki, həqiqi antibiotiklərləri heç bir təbii vasitələrlə tam əvəz etmək mümkün deyil. Lakin təbii antibiotiklərin istifadəsi soyuqdəymə və iltihablar zamanı müalicə müddətini xeyli azalda bilər.

Beləliklə, təbii antibiotiklərin arasında bu kimi məhsulları göstərmək olar.

— Moruq və moruq mürəbbəsi. Moruğun tərkibində asetilsalisil turşuya oxşar maddələr var. (Biz bu turşunu «aspirin» kimi tanıyırıq.) Bu səbəbdən moruq orqanizmə hərarətsalan, iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir. Qripp və soyuqdəymələr zamanı moruq mürəbbəsi əvəzolunmaz vasitədir.

— Bal qədim vaxtlardan müxtəlif iltihablar zamanı istifadə olunur. Bal mikrob, iltihab və göbələkəleyhinə təsir edir. Bu əsl təbii antibiotikdir.


Ardı →

Qreypfrut


Vanderbilt Universitetinin (Nyu-York, ABŞ) tədqiqatçıları belə hesab edirlər ki, qreypfrut
və ya təzəçəkilmiş qreypfrutun şirəsi artıq çəkini yığmağa mane olur və hətta arıqlamağa kömək edir.

Alimlər çəkisi artıq olan insanların iştiraki ilə tədqiqatlar apardılar.
Nahardan əvvəl qreypfrutun yarısını yeyən və ya onun şirəsinin ½ stəkan içən insanlar çəkisini azalda bildilər. Tədqiqatın 14 həftəsindən sonra iştirakçılar təxminən 7 kq çəki azaltdılar.   


Davamı →