Azərbaycanda xanlıqlar. Quba xanlığı
XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş sahələrindən biridir. Doğrudur, həmin dövrün ayrı-ayrı məsələlərində bir sıra elmi-tədqiqat əsərlərində toxunulmuşdur. Lakin bu məsələlərin əksəriyyəti ümumi şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer verilməmişdir.
Məlum olduğu kimi, hələ XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda Rusiya, Türkiyə və İran dövlətləri arasında aparılan mübarizə sonda ölkəyə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin dövlətlər arasında bölüşdürülmüşdür. Bu dövlətlərdən İran və Türkiyə arasında hərbi əməliyyatların gediçində Azərbaycanın şəhər və kəndləri xaraba qoyulmuş, xalqın var-dövlətiqarət edilmiş və ölkə ağır vəziyyətə salınmışdı.
Bəhs etdiyimiz dövrdə mühüm məsələlrdən biri də Azərbaycanda xanlıqların meydana gəlməsi, şimalşərqi Azərbacyan xanlıqlarının birləşdirilməsi, İran və Türkiyəyə münasibətləri, habelə birləşməərəfəsində Quba xanlığının mövqeyidir.
Ardı →