Tənqidçi Şəxsiyyəti Qulu Xəlilov

Sənətdə, ədəbiyyatda, elm sahəsində istedadlar çoxdur. Allah Azərbaycandan maddi sərvətləri əsirgəmədiyi kimi, mənəvi sərvətlərin əsası olan istedad payını da əsirgəməmişdir. Ancaq istedadın çoxluğu bir xalqın böyüklüyü üçün müəyyən meyar olsa da, həlledici meyar sayıla bilməz. Bu istedad şəxsiyyət formulu ilə birləşəndə böyüklüyün meyarına çevrilir. Görkəmli tənqidçi, ədəbiyyatşünas, professor Qulu Xəlilov sözün əsl mənasında şəxsiyyət idi. Təbii ki, onun bir şəxsiyyət kimi formalaşması birdən-birə baş verməmişdir. İlk növbədə, onun xalqsevərliyi, öz xalqının tarixdə yetirdiyi görkəmli şəxsiyyətlərə, Azərbaycan ədəbiyyatına, onun əsrlər boyu yetirdiyi böyük sənətkarlara məhəbbəti əsas rol oynamışdır.

Davamı →