Quran həm də dözümlülük nümunəsidir

  • Quran
Monoteist dinlərin hamısında olduğu kimi, İslamda da fərd və millətin ən ümdə və ülvi vəzifəsi Rəbb kəlamlarını felən icra etməklə dinin varlıq qayəsini qorumaqdır. Fitratdan verilən bu dəyərləri qorumayan bəndə hansı dinə etiqad etməsindən asılı olmayaraq, formal olaraq özünü inanclı bəndə kimi təqdim edə bilər. Dinin tələb etdiyi qayələrin əmələ çevrilmədiyi bir bölgədə isə dindən yox, sadəcə formal olaraq hər hansı yəhudidən, xristiandan və müsəlmandan söhbət gedə bilər. Halbuki Rəbbimiz bəndəsinin nazil etdiyi dinə uyğun inanclı xəlifə olmasını istər.

İslamda dinin varlıq qayəsi aşağıdakı təməl haqq və azadlıqların gerçəkləşdirilməsindən ibarətdir:
1) yaşamaq haqqı olan canının qorunması (dinindən, irqindən, dilindən, baxışlarından asılı olmayaraq hər bir ölkə vətəndaşının dövlət mühafizəsi altında olması),
2) düşüncə və söz azadlığının qorunması,
3) insan kimi yaşamasını təmin edən malının qoruması (ölkənin yeraltı, yerüstü sərvətlərinin hər hansı müdaxilədən mühafizə edilməsi),
4) hər bir vətəndaşın, icmanın dininin qorunması,
5) soy və tarixini davam etdirən nəslinin yaşamaq haqqının təminatı (gələcək nəslin qorunması).
Davamı →

Allah`ı haqqı ilə təqdir etmək

  • Quran

Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.

Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.(Bəqərə surəsi, 255)

 Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12) 

Ancaq insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar «Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!» (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir. 


Ardı →

Quran əxlaqı

  • Quran

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və həvəslərin məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, lağlağı, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi uğurunu təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.

Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allah`ın haqq kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir:

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.(Loğman surəsi, 18)


Ardı →

Ölümü Dostunu Qarşıladığın Kimi Qarşıla

Peyğəmbərimiz (s.ə.v) buyurur: «Cəsur mömin ölüm gəldiyi zaman onu çox sevdiyi dostunu qarşıladığı kimi qarşılayar.»

Allah'ın insanların ölüm anında ruhlarını təslim almaqla vəzifələndirdiyi Əzrail (ə.s) həm Allah'ın yaratdığı üstün  mələklərdən biri olduğu, həm də Müsəlmanın ən çox arzu etdiyi şeylərdən biri olan Allah'a qovuşmasına vəsilə olduğu üçün Müsəlmanın ən yaxın dostlarından biridir. Allah bir ayədə ölüm mələyindən belə bəhs edir:

"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”" (Səcdə surəsi, 11)

Peyğəmbərimiz (s.ə.v) Müsəlmanın ölümlə bağlı düşüncələri haqda belə buyurub:


Ardı →

Esl sevginin qaynagi Quran exlaqindadir

Allaha könüldən bağlanan və Allahı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı ürəyində bir sevgi hiss edir, çiçək, kəpənək, quş, pişik və ya gözəl bir mənzərə belə adama daxilən böyük bir həyəcan verir. Eyni zamanda, gözəl xasiyyətli, gözəl üzlü insan da ürəkdə səmimi bir heyranlıq meydana gətirir. Çünki insanın bütün bu gördükləri Allahın təcəlliləridir. Allaha duyulan coşğulu sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan ruhunda təbii bir sevgi və məhəbbət meydana gətirir. Bu səbəblə Allaha könüldən bağlanan insanlar həqiqi sevgini yaşaya bilən yeganə insanlardır.
Quran əxlaqı isə həqiqi sevginin bünövrəsini təşkil edir. Bir insanı əxlaqı ilə, şəxsiyyəti ilə və sahib olduğu bütün xüsusiyyətləri ilə dərindən sevmək ancaq həmin adamın Qurana tabe olması ilə mümkündür.
Çünki Qurana tabe olan insan Allahın bəyəndiyi əxlaqı yaşamaqla seviləcək gözəl xüsusiyyət qazanır. Allahın "...Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır! (Məryəm Surəsi, 76) hökmünü bilərək bütün bu gözəl əxlaq xüsusiyyətlərində bir ömür boyunca səbr və ötkəmlik göstərir.

Davamı →