Əshabi Kəhf

      

      «Əshabi-Kəhf»lə bağlı uzun illərdən bəri müxtəlif istiqamətli kitablar, məqalələr yazılmış, filmlər çəkilmişdir. Qeyd edim ki, qaynaqlarda daha çox Türkiyədəki yeddi yatmış və onlarla bağlı rəvayətlərdən bəhs edilmişdir. Azsaylı müəlliflər istisna olmaqla, Naxçıvandakı «Əshabi-Kəhf» və onunla bağlı hadisələr lazımınca araşdırılmamışdır. Çap olunan materiallar isə daha çox rəvayəti, dini və mifik mətnləri əhatə edir.

      Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Onun 1998-cu ildə «Əshabi-Kəhf»in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün «Əshabi-Kəhf» tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş, burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır.«Əshabi-Kəhf» tarixinə, «Qurani-Kərim»də adı çəkilən ziyarətgahın Naxçıvana aid olmasına yönəldilmişdir. Aparılmış hərtərəfli araşdırmalardan aşağıdakı nəticəyə gəlmək olar:



       1. «Əshabi-Kəhf»lə bağlı rəvayət Naxçıvanda formalaşmaqla, əvvəlcə türk xalqları, sonra digər xalqlar arasında yayılmışdır.

       2. «Qurani Kərim”də adı çəkilən «Əshabi-Kəhf» bütün əlamətləri ilə Naxçıvandakı «Əshabi-Kəhf»lə uyğun gəlir.

       3. Mağara qədim ata ocağı, yaşayış məskəni kimi «Əshabi-Kəhf» hadisəsindən əvvəl mövcud olmaqla müqəddəs hesab olunmuşdur.

       4. Buradakı inanclar heç bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir.

       5. «Əshabi-Kəhf» fiziki təmizlik, ruhu paklıq halında olan qulun Tanrıya yönəldiyi Ali məqamdır.

       6. «Əshabi-Kəhf» Azərbaycan türkünün qədim ata yurdu, Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş mənəvi, tarixi kimlik vəsiqəsidir.

       İnanırıq ki, «Əshabi-Kəhf»lə bağlı mövzulara dönə-dönə qayıdılacaq, Ulu Rəbbinə yaxınlaşdıran, çoxları üçün tövbə qapısı sayılan bu Ali Məqama zəvvarlarla bərabər, hələ çox araşdırıcılar gələcəkdir.

      «Əshabi-Kəhf»i tədqiq məqsədi ilə gələnlər! Zahiri təmizlənmə ilə bərabər, mənəvi təmizliyi qoruyun! Unutmayın! Allah hər şeyi olduğu kimi biləndir.


Davamı →

Quranda kimya möcüzəsi

  • Quran
Qurani Kərimdə olan element adlı «Hədid (Dəmir)» surəsində, Radon, Kalium, Zirkonyum və Titanyum kimi digər elementlərə də atom nömrələriylə və ağırlıqlarıyla birlikdə işarə edilməkdədir. Halbuki o illərdə elementlər və atom nömrələri hələ kəşf edilməmişdi. Elə buna görə Quran çox böyük bir möcüzə daha göstərməkdədir......


Rn (Radon)

Elementi (Hədid: Dəmir) adlı surədə «R» və «N» hərfləri ilk dəfə burada yan-yana gəlir. Ayənin başlanğıcından bura qədər 86 hərf keçməkdədir. Eyni şəkildə «Radon» elementinin atom nömrəsi də 86dır.


Ardı →

19 sonun əvvəlidir...

  • Quran
Qurani Kərimdə “Onun üzərində 19 vardır..” (Müddəsir 30) ayəsi var… Quranın 19 rəqəmi ilə bağlı möcüzələrini sizə təqdim edirəm:

Bismilləhirrahmənirrahim 19 hərfdən ibarətdir: Bə, Sə, Mim, Əlif, Ləm, Ləm, Hə, Əlif, Ləm, Ra, Ha, Mim, Nun, Əlif, Ləm, Ra, Ha, Yə, Mim..

Quran 114 surədən ibarətdir: 114 = 19 x 6


Ardı →

Quran dənizlər haqqında

  • Quran
Quranın «Nur» surəsinin 40-cı ayəsində deyilir:«Onların əməlləri əngin dənizin zülmətinə bənzər.Onu bir dalğa,o dalğanın üstündən bir dalğa,bu(ikinci)dalğanın üstündən də bir dalğa-zülmət üstündən zülmət örtər.O,əlini çıxartdıqda,demək olar ki,onu görməz». İnsan 40 m-dən artıq məsafədə dənizin dibinə enməyə qadir deyildir.Quranda yazılanı alimlər bizim dövrümüzdə kəşf etmişlər.Buna suyun dərinliyində xüsusi sualtı cihazların vasitəsi ilə nail olmuşlar. Müasir elm sübut edir ki,dəniz və okeanların dərinliklərində zülmət və qaranlığın hökm sürməsi haqqında Qurandakı fikir doğrudur.1000 m dərinlikdə işıq tamamilə yoxdur.Həqiqətən də insanın bu dərinlikdə öz əlini görməsi belə mümkün deyildir.
Davamı →

Dəmir planetimizə nə üçün göndərilmişdir?

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik (mə’dənlərdən çıxartdıq) ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Hədid, 25)
Davamı →