Dağların hərəkət etməsi

  • Quran
Bir ayədə dağların göründükləri kimi sabit olmadıqları, davamlı hərəkət halında olıduqlarıları belə bildirilməkdədir:

Dağları görərsən, donmuş sanırsan; halbuki onlar buludların süründürülməsi kimi süründürülərlər… (Nəml Surəsi, 88)


Ardı →

Quran möcüzələri

  • Quran
Qandakı Oksidləşmə
Qurani Kərimin Mutəffifin surəsi 13-cü ayəsində "Ürəklərin üzəri Pas bağladı..." şəklində bir cümlə vardır. Diqqət yetirsəniz palçıqlandı və ya tozlandı kimi sözləri deyil də «Pas bağladı» ifadəsi istifadə edilməkdədir. Paslanma «Dəmirin Oksidlənməsi» deməkdir. Maraqlıdır ki Quranda bəhs edildiyi kimi bədənimizdəki qanda (səbəbin qan dövranının mərkəzi olan ürəkdir) dəmir davamlı oksidlənməkdədir.

Yəni Quranda bəhs edildiyi kimi ürəyimizdə və damarlarımızda hər gün hər saat paslanmağa bənzər bir reaksiya reallaşmaqdadır və dəmir oksidlənməkdədir. ciyərlərimizə çəkdiyimiz oksigen qandakı hemoglobinde olan dəmir sayəsində bədəndə daşınmaqdadır. Yəni aldığımız oksigen qandakı dəmir ilə reaksiyaya girməkdədir və bir mənada paslanmaqdadır. Lakin biz bu reaksiyası gözlə görə bilmirik. Qısacası bu ayədə elmi və möcüzəvi bir bənzətmə edildiyini düşünülür
Davamı →

ÜÇ QARANLIQ MƏRHƏLƏ Quranda

Quranda insanın ana qarınında üç mərhələli bir yaradılışla yaradıldığı bildirilməkdədir:
… Sizi analarınızın qarınlarında, üç qaranlıq içində, bir yaradılışdan sonra (bir başqa) yaradılışa (çevirib) yaratmaktadır�(Zümer Surəsi, 6)

Yuxarıdakı ayədə azəricəyə "üç qaranlıq içində", "üç qatlı qaranlıq içində" olaraq çevrilən Ərəbcə «fi zulumatin selasin» ifadəsi embrionun inkişafı əsnasında olan üç qaranlıq bölgəyə işarə etməkdədir. Bu bölgələr sırasıyla:
1) bədənin divarı qaranlığı
2) Rəhm divarı qaranlığı
3) Amniyon pərdəsi qaranlığıdır.

Görüldüyü kimi bu gün müasir biologiya, körpənin embrioloji inkişafının yuxarıdakı ayədə bildirildiyi şəkildə, üç fərqli qaranlıq bölgədə reallaşdığını ortaya qoymuşdur.
Davamı →

Quran möcüzələri

  • Quran
Quranda insanları ölümdən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaq uclarına diqqət çəkilir:«Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!»(Qiyamət Surəsi, ayə: 4)
Ardı →

Quranda rəqəm möcüzələri

  • Quran

Dünya kəliməsi 115 dəfə,
Axirət kəliməsi 115 dəfə zikr edilir.


Məleykə kəliməsi 88,
Şeytan kəliməsi 88 dəfə yer alır.

Həyat sözü 145,
Ölüm sözü də 145 dəfə.


Fayda kəliməsi 50 dəfə,
Zərər kəliməsi də 50 dəfə.


İnsanlar sözü 368 dəfə,
Peyğəmbərlər sözü də 368 dəfə.


İblis kəliməsi 11 dəfə,
İblisdən Allaha sığınmaq kəliməsi də 11 dəfə.


Ardı →

“Allah” sözündəki möcüzə

İordaniyanın “Yermuk” Universitetində Ərəb Dili və Ədəbiyyatı fakultəsi magistırı İspanyalı bir gənc qız «Allah» sözü üzərindən apardığı tədqiqatda heyrətamiz nəticəyə gəldi. İspanyalı qız «Allah» sözünün möcüzə olduğunu bildirdi.
Helen İspanyalı bir Xristian olsa da təmiz Ərəb dilində danışır. O belə deyir: "Ərəb dilində oxuduğum ən gözəl söz “Allah”dır". Bu sözdə heyrətamiz bir nəğmə var. Çünki bu sözdəki hərflərin düzülüşü digərlərindən çox fərqlənir. Tələffüzü dodaqdan deyil, qarın nahiyyəsindən gələrək bütün bədəni titrədir".
O sözlərinə belə davam edir: "“Allah” sözü Yaradanın isminin möcüzələrindən biridir. Bu sözün hərfləri nə qədər azaldılsa da, heç bir dəyişikliyə məruz qalmadan olduğu kimi qalır. Bilindiyi kimi «Allah» sözünün son hərfi dammə hərəkəsi ilə formalaşır (Allahu/ اللهُ)".
Xristian tələbə sözünü belə tamamladı: "Əgər ilk hərfi, yəni “əlif” hərfini götürsək, “lilləhi” olur. Eynilə bu ayədəki kimi: “və lilləhi-l əsmaul hüsna fəd'uhu bihə / 'ولله الأسماء الحسنى فادعوه بها'' (Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. “Əraf” surəsi, 180).
İlk “əlif” və “lam” hərflərini silsək, “ləhi” qalır. Quranın bu ayəsində Allah “ləhi” sözü ilə özünə işarə etməkdədir: “ləhi mə fis-səmavati vəl-ard / 'له ما في السموات والأرض'' (Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər. “Nisa” surəsi, 132). “Əlif”lə birlikdə ilk və ikinci “lam”ı götürəndə dammə hərəkəli “hə” hərfi qalır. Buna baxmayaraq söz hələ də Ona işarə edir. Bu ayədə olduğu kimi: ‘hu-vəlləzi lə iləhə illə hu / 'هو الذي لا اله إلا هو'' (O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. “Həşr” surəsi, 22)". Bu Yaradanın ucalığının dəlillərindən biridir. Çünki bu sözlər ərəb olmayan və xristiana məxsusdur.

TimeTurk

Davamı →