İnsanın yaradılış hikməti
Kainatın yaradıcısı və onun yeganə sahibi və hakimi Uca Allah, ucsuz-bucaqsız aləmlərin kiçik bir hissəsi olan dünyamızda, digər varlıqlarla birlikdə insanı da yaratmışdır. Varlıqlar içində ən mükəmməl bir şəkildə yaratdığı insanı, dünyada xəlifə təyin etmiş və insan nəslini yer üzündə iman üçün vəzifələndirmişdir. Varlıqlar içində yalnız insanlara və insanların duyğu orqanlanyla idrak edilə bilməyən varlıqlar olan cinlərə düşünmə, anlama, öyrənmə və iradəsini istifadə etmə qabiliyyəti verərək bu iki varlıq növünə ilahi əmrlərə tabe olmağı əmr etmişdir. Yalnız insanlara və cinlərə verilən bu qabiliyyətlərə sahib olmayan digər bütün canlılar isə, ümumi mənada instinktləriylə (hisləriylə) hərəkət edərlər. Hərəkətləri müəyyən və məhduddur, özləri üçün təyin olunmuş dairənin xaricinə çıxa bilməzlər.
Davamı →
Davamı →