Doldur piyaləmi Arazdan mənim

Yoxluğundan illər keçsə də, Rübabə Muradova bu gün də sevilir, yaddaşımızda yaşayır. Onun səsini, ifasını sevməyən tapılmaz. Səsini nə zaman eşitsək də yenidir, ruhumuzu oxşayır.  Rübabə xanımın bir zamanlar ifa etdiyi mahnıları oxuyanlar da, el içində daha  tez məşhurlaşır, daha tez tanınırlar. İnkaredilməz  bir həqiqət var ki, ruhu mahnılarına sahib olan Rübabə xanım oxuyanda hisslərimiz, duyğularımız kövrəkləşir, gözəlləşir. Onu dinləyəndə hərdən mənə elə gəlir ki, cinayət etməyə hazırlaşan kəs də bu ecazkar səsin cazibəsi ilə pis niyyətindən əl çəkər.
Davamı →

Rübabə Muradova

Ədəbiyat və mədəniyyətimizin siyasi senzurasına baxış...
İllər ötsə də, zaman kainatla qocalıb, öz işini aramla görsə də, bu həyatdan boylanıb, xalqı üçün dahiyanə əməlləriylə keçənlər heç zaman unudulmur. Elə bu ənənə ədəbiyyat salnaməmizə ilk tarixi roman janrımız “Qılınc və Qələm”dən də məlumdur. Sözünü vərəqlərə nizam edən Nizaminin həyat hekayəsi buna əyani sübut olmuşdur. Dünya döndükcə, insanlar seçilir-ömrünü, gününü xalq sevgisindən xalqına sənətlə fəda etməklə…

Millət olaraq tariximizdə senzura ədəbiyatı; gərək keçmiş SSRİ’də şura ədəbiyatının xadimlərinə, gərəksədə Cənubi Azərbaycanda şah üsulunda amansız edamlar, sürgünlər yan keçməmişdir. Bundan əlavə, bağlanan sərhəd dirəkləri bizi cənubdan və Türkiyəmizdən ayrı salmaq istəsədə, ədəbiyyatımızın və mədəniyyətimizin xadimləri qorxmadan buna qarşı gələrək həyatlarını sənətə fəda etməklə- bir sözlə, sənətə möhür vuraraq xalqlarının rifahı və gələcəyi uğruna öz həyati mübarizələrinə çevirmişdirlər… Cənubdan gələn şair və sənətkarlar köhnə Bakısına sığınırdılar…
Davamı →

Rübabə Muradova: Gecikmiş məhəbbət nağılı

...Həyatının tamamilə dəyişib başqa axara düşməsinə səbəb o 1 saat oldu. Cəmi 60 dəqiqə taleyinin dönüş nöqtəsinə çevrildi. Hər şey bir göz qırpımında baş verdi sanki. Əslində nələr olduğunu da doğru-dürüst anlamadı. 13 yaşlı qızcığazın ölkədə cərəyan edən hadisələri bütünlüklə dərk etməsi ağlabatan bir şey də deyildi. Ancaq yaşına uyğun olaraq başa düşdüyü və gördüyü bircə şey vardı. Ata-anası harasa yaman tələsirdi. Evdə əllərinə keçə biləcək nə vardısa – bir-iki dəst pal-paltarı, qiymətli əşyaları tələm-tələsik yığıb, uşaqları geydirdilər. Bax, onda ailənin böyük övladı olan bu 13 yaşlı qız anladı ki, məcburən doğma evlərini, torpaqlarını tərk etməlidirlər. Bircə saat ərzində açılan sərhədi keçib, Azərbaycanın şimalına adlamalıdırlar.
Davamı →