Qeysər Kaşıyeva

Azərbaycanın ilk peşəkar qadın rəssamlarından olan Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyun ayının 7-də Tiflisdə anadan olmuşdur. 1907-1908-ci illərdə Qafqaz İncəsənətinin Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq sinfində oxumuşdur. O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir.

Davamı →

Böyükağa Mirzəzadə

Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhu gətirən, onu daha da zənginləşdirən XX əsrin görkəmli rəssamı Böyükağa Mirzəzadə olmuşdur. Görkəmli fırça ustası Böyükağa Mirzəzadə klassik ənənələrlə müasir rəngkarlıq üslublarını, Avropa rəngkarlığı ilə Azərbaycan təsviri sənətini böyük məharətlə uzlaşdıra bilmişdir.
Kompozisiya aydınlığı, işıq-kölgə həllinin təsirliliyi, kolorit zənginliyi, plenerə, impressionist ənənələrə hədsiz maraq rəssamın yaradıcılığının ən səciyyəvi xüsusiyyətlərindəndir.

Davamı →

Əzim Əzimzadə

Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur «Molla Nəsrəddin» jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən «Molla Nəsrəddin», «Baraban», «Zənbur», «Tuti», «Kəlniyyət» və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Davamı →

Bədurə Əfqanlı

Bədurə Əfqanlı 1912-ci il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra əmək fəaliyyətinə teatr tamaşalarına tərtibat verməklə başlamışdır. O, 1934-1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Teatrında fəaliyyətini davam etdirmiş, 1938-ci ildən 1960-cı ilədək Azərbaycan Dövlət Dram Teatrında, 1960-cı ildən sonra isə “Azərbaycanfilm” kinostudiyasında tərtibatçı və geyim üzrə rəssam kimi çalışmışdır.

Davamı →

Əbdürrəhmanov Fuad Həsən oğlu

Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.
Davamı →

Xuan Miro

Həyat və yaradıcılığı Barselona ilə ayrılmaz bağlı olan, sürrealizm janrında fəaliyyət göstərən XX əsrin ən parlaq ispan avanqardçılarından biri də Xuan Mirodur.
Miro öz yaradıcılığında bir kimyagər kimi dünyanı universal simvollara ayırır. O, ilkin rəsm və rənglərin vasitəsilə öz qeyri-adi estetikasını yaradır. Xuan Miro bütün ömrü boyu bu istiqamətin əsas prinsipinə — yaradıcılığın məntiq və idrakın təsirindən xilas edilməsi prinsipinə sadiq qalır. Bununla belə, Miro əsərlərinin müxtəlifliyi və həyatsevərliyi ilə digər sürrealistlərdən seçilirdi.
Davamı →

Tahir Salahov

Mövzu üzrə rəsm əsərləri geniş məzmunlu olduğu üçün bu kateqoriyaya tarixi, hərb və məişət səhnələri, insan həyatında gündəlik baş verənlər və ən aktual hadisələr, insanlara və təbiətə ümumiləşdirilmiş fəlsəfi baxışlar təsvir olunmuş əsərlər aid edilir. Bəzən bütün bu hadisələr bir əsərdə də cəmləşir. Rəssamın mövzu üzrə əsərlərdə qarşısına qoyduğu məsələlər müxtəlif olur.
Təsviri sənətdə süjetli tablo — ümumi mövzu və ya təsvir obyektlərini birləşdirən bədii əsərlərin məcmusudur.
Davamı →

Toğrul Nərimanbəyov

Milli rəngkarlıq sənətimizin ən tanınmış nümayəndələrindən biri, monumentalist və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş görkəmli rəssam Toğrul Nərimanbəyovun yaradıcılığı təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox kənarda da tanınır və sevilir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı həm vətənimizdə, həm də bütün dünyada böyük şöhrət qazanmışdır.
Davamı →

Fərhad Xəlilov

Azərbaycan milli incəsənətinin müasir rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlarımızdan biri də Fərhad Xəlilovdur. Öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, fərdi ifadə üslubu onu başqalarından fərqləndirir. Rəssamın əsərləri yaşadığı mühit çərçivəsində, eləcə də Qafqaz regionunda unikal hesab edilir.
Fərhad Xəlilov çoxillik axtarışlarının nəticəsi olaraq özünəməxsus bədii üslubunu yaratmışdır. Onun yaratdığı üslub — şərti-fəlsəfi bədii formalar üslubudur. Rəssam daha cəsarətli və kəskin ümumiləşdirmə yolu ilə gedir: onun əsərlərində dağ elə dağdır, tikililər isə — onlardan doğan təəssürat, obrazdır. Rəssam əşyanın zahiri formasını hansısa güclü, gərgin hiss ilə əlaqələndirməyi bacarıb. Onun sənətində olan simvolika düşündürücü forma üslublarında öz əksini tapmışdır.
Davamı →

Azərbaycan nağılı | Arif Hüseynov

Görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
Rəssamın mənəvi dəyərlərimizə göstərdiyi münasibətinin parlaq ifadəsi olan əsərlərində bunu daha aydın görmək mümkündür. Bir çox rəsmlərində ustadın qədim miniatür üslubu ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və müasirliyə həvəs də qabarıq hiss olunur.
Davamı →