Əzim Əzimzadə | Satirik qrafikanın əsasını qoyan rəssam

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər.

Əzim Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.


Davamı →

Bəstəkar ürəkli rəssam | Mikayıl Abdullayev

Başlığa çıxardığım bu sözləri Mikayıl Abdullayev haqqında SSRİ xalq artisti, böyük bəstəkar Fikrət Əmirov demişdir. Onu tanıyanlar da deyirlər ki, Mikayıl Hüseyn oğlu Abdullayev olduqca sadə, səmimi insanlarla xoş ünsiyyət qurmağı bacaran, humanist insan idi. Elə bil xarakteri əsərlərinə də hopmuşdu. Hansı mövzuda əsər işləyirdisə orada səmimiyyət, torpağa bağlılıq, humanizm elementləri aydın duyulurdu.

Davamı →

İncəsənət - Keçmişdə və indi

İber rəssamlarının sərgisi, məyusluq doğuracağı ehtimal olunmasına baxmayaraq, əgər onlar müntəzəm surətdə təşkil edilsə, incəsənətimiz üçün son dərəcə mühüm qaydaya çevrilə bilər. Doğrudan da, mənə elə gəlir ki, gənclərin əsərlərini məzmunca dolğunlaşdıran kamil rəssamların sənətini nəzərə almasaq, indiki sərgi istedad və üslub sarıdan yoxsuldur. Lakin məhz elə ilk məhsulun azlığı yeni əsərlərin ekspozisiyalarının sistematik olaraq yeniləşməsini zəruri edir. Son zamanlara qədər “cəfəng” təsviri incəsənətin qisməti qapanmış dairədə yaradıcılıq axtarışları idi. Cəmiyyətdə tanınmamış yalqız rəssamların qarşısını ənənəvi incəsənət massivi kəsmişdi. Bugünkü sərgi onları birləşdirdi, artıq onlar öz işlərində uğur qazanacaqlarına böyük əminlik hiss edə bilərlər; bununla yanaşı onlardan hər biri bu bütünlüyün müqabilində öz baxışları ilə başqalarının təsəvvürünə, anlayışına müqavimət göstərir, ona görə də onlar öz incəsənətlərində ümumi yer tutacaqlarından şiddətli qorxu hiss edirlər və rəssamlıq təsərrüfatındakı alətlərini təkmilləşdirməyə can atırlar. O ki qaldı publikaya, vaxt keçdikcə o, yeni incəsənət fenomeninə uyğunlaşa biləcək və bunun sayəsində yaradıcılığın bulunduğu vəziyyətin dramatikliyini anlayacaq.

Davamı →

Toğrul Nərimanbəyov | Rənglər dünyasının adamı

Məşhur filosofların nəzəriyyəsinə inansaq, insan əzab çəkmək üçün doğulur… Ömrün xoş günləri qədər bir-birini izləyən narahat anları da sona qədər bitib-tükənmir. Amma çəkdiyi əzabların qarşılığında insana təbiət bəzən elə bir sərvət bəxş edir ki, düşünürsən, təkcə elə buna görə dünyaya gəlib sonsuz əziyyətlərə qatlaşmağa dəyər...

Davamı →

İnsan qüruru, gələcəyə inam - Vidadi Nərimanbəyov

Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov: «Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir».

Davamı →

Əsərləri də özü kimi gözəl olan xanım - Maral Rəhmanzadə

Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.
Xalq Rəssamı Maral Rəhmanzadə təsviri sənətimizin zəngin ənənələrini davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərib.  

Davamı →

Şərq portreti

Abşeron – günəşin sevdiyi, torpağında izini buraxdığı, bütün rəngləri ilə təbiətinə nüfuz etdiyi, dözülməz istisini bürkülü yay günündə yalın ayaq altında kimi hiss etdirdiyi bir yerdir. Abşeron – şairlərin doğma diyarıdır, bu şairlərin arasında öz rəngkar salnaməçisi var. Onun adı Tahir Salahovdur. Görkəmli ustad, Azərbaycan və Rusiyanın xalq artisti, dövlət mükafatları laureatı – bütün nailiyyətləri sadalamaq mümkün deyil.

Davamı →

Rauf Ra - Aynalama və çarpaz xətlər...

Məşriqdən qeydlər:
Qarşı-qarşıya qoyulmuş iki ayna arasında, əks etdirmə morafonu — rəssamlıq və ədəbiyyatın əbədi qaçış oyunu.
Əlbəttə ki, bu aynalama məsələnin realizm pikselindən görünən və ya təsviri və ədəbi realizmi əsas götürürüksə, görünməyən tərəfidir. Aynalar arasındakı boşluqda yerləşən bənzətmə dəhlizində hər iki tərəf, əvvəl ana başlığa, sonra isə monoton təqlidə çevrilən əks etdirmələrin orijinallığına müəllif hüququ etiketini yapışdırmağı bacarır.

Davamı →

Rauf Ra - İntellektə aparan yollar

Keçənlərdə bir xanım feysbukda qızının çəkdiyi minimalist peyzajı paylaşmışdı. Balaca öz təxəyyülündə (xatiratında) canlandırdığı mənzərəni — kiçik evi, evdən daha hündür olan alma ağacını və onların arasından uzanan ensiz cığırı təsvir etmişdi. Bu, minimalist peyzajın diqqətimi çəkən tərəfi alma ağacındakı üç almanın və evin iki pəncərəsi ilə qapısının düzülüşü oldu. Evin pəncərələrinin və qapısının düzülüşü «T» şəkilli struktura sahib — insan simasındakı gözlər və ağızın yerləşmə nöqtələri ilə yaratdığı  «tərs üçbucaq» sxemini barındırırdı. Kiçik, kənd evlərinin bu cür təsvirinə əksər uşaq rəsmlərindən vərdiş almışıq. Lakin bu rəsmin əsas maraqlı cəhəti evin bu formada təsviri ilə bərabər, ağacın da, yəni ağacın üzərindəki üç almanın da insan simasındakı gözlər və ağız düzülüşündə («tərs üçbucaq» formasında) təsviri idi.

Davamı →

Sənətin elitarlığını korlayanlar

Metafizikanı kinoya gətirən, ya da kinonu metafizikaya çevirən Andrey Tarkovski deyirdi ki, sənətin missiyası insanı ölümə hazırlamaqdı. Bu, sənətin boyununa yüklənən dini öhdəlikdir. Sənət insanı ölümə hazırlayacaqsa, onda din nə işə baxacaq? Sənət, bəlkə də, ölümü insana bir anlıq da olsa unutdurmaq cəhddir; gerçəkliyin yumoristik şərhi sənətin zatındadır. Servanteslə Tarkovskinin yaşadığı eyni dünya olsa da, yaratdıqları dünyalar tamamilə bir-birinə zidd idi.

Davamı →