Rəsul Rza haqqında

Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində doğulub. Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla məşğul olub. Göyçayda dəftərxanada tərcüməçi və dilmanc işləyib. Qızlarını ilk dəfə məktəbə göndərdiyi və onlara çadrasız gəzməyə icazə verdiyi üçün İbrahim bəyin ailəsinə dindən dönmüş, bəhayi ləqəbi veriblər.

Davamı →

Rəsul Rzalı günlər - Xatirə

1966-cı il noyabrın 16-dan Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş  redaksiyasında işləməyə  başladım.
Xalq şairi Rəsul Rza kimi bir şəxsiyyətin rəhbərlik etdiyi kollektivin üzvü olmaq böyük şərəf idi və hamı həvəslə, cani-dildən işləyirdi. İlk mərhələdə ensiklopediyanın  bünövrəsi sayılan Sözlük tərtib edilirdi. Bu, həm çətin, həm də vaxtaparan iş idi. Əməkdaşların da əksəriyyəti gənclər, cavanlar  idi, öz istəyimizlə iş vaxtından sonra, hətta istirahət günlərində  də işləyirdik. O vaxt Bakının  elmi, ədəbi-mədəni həyatında da başqa ab-hava vardı. Hamı  ensiklopediyadan danışır, oradakı işlərlə maraqlanırdı. Respublikanın ən görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri, mütərəqqi ziyalıları bu işə cəlb olunmuşdu. Tezliklə hər bir elmi sahə redaksiyasının Sözlüyü,  bunların əsasında isə geniş müzakirələrdən sonra  bütövlükdə ASE-nin Sözlüyü təsdiq edildi.

Davamı →

Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair

XX əsr Azərbaycan poeziyasını ötəri bir baxışla gözdən keçirdikdə keçən yüzillikdə şeirimizin öz varlığını formal-metrik baxımdan üç istiqamətdə davam etdirdiyini görürük: klassik Şərq divan şeirimizin ənənələrinə sadiq qalaraq əruz vəznində yazılan milli şeirimiz (türk əruzunda); folklordan, şifahi xalq ədəbiyyatından qaynaqlanan heca şeiri; və bir də ulu soyumuzun «Dədə Qorqud» kimi ərarəngiz mətnlərində nümunələri olan, amma sonrakı yüzillərdə arxa plana keçən, unudulan, türkün azad ruhuna xas olan sərbəst şeir (verlibr). XX əsrdə «birinci yol»da Sabir, Cavid, Səhhət, Vahid kimi nəhənglər, «ikinci yol»da isə Səməd Vurğun və Süleyman Rüstəm kimi böyük şairlər yazıb-yaratdılar. "Üçüncü yol«da ardıcıl yazıb-yaradan, özündən sonra böyük məktəb qoyan bir əsas şairimiz isə Rəsul Rza oldu.

Davamı →

Xalq şairi Rəsul Rza haqqında əhvalat və faktlar

Rəsul Rzanın atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanırmış. Atası İbrahim əyalətdə — Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da Mirzə İbrahim kimi məşhurlaşmışdı. Rəsul altı yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürür, sonacan «Rza» qalsa da, əslində familiyası Məmmədxanlı idi.

***

Doğum tarixi haqda dəqiq məlumat yoxdur. Özü tərcümeyi-halında yazır: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması ilə Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.

Davamı →