Qərənfillə Madonna | Rafael Santi

Rafael Santinin yaradıçılığının florensiya dövrünə aid möhtəşəm bir nümunə «Qərənfillə Madonna».

Miniatür rəsm əsərində (279 на 224 mm) müqəddəs Məryəm və körpə İsa təsvir edilib. 2004-çü ildən rəsm əsəri London milli qalereyasında saxlanılır. Kompozisiya etibarilə əsər Leonardo Da Vincinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur.

Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.
Davamı →

Rafael Santi (1483-1520)

Yüksək İntibah dövrünün məşhur rəssamılarından biri də Rafael Santidir (1483-1520). Rafael təsviri sənətdə novator kimi tanınmışdır. Bununla o yüksək gözəllik və harmoniyaya nail olmuşdu. Məhz elə ona görə də Rafaeli yüksək harmoniya daşıyıcısı adlandırırlar.
O, öz əsərlərində humanizmin ən parlaq və yüksək təsəvvürlərini təcəssüm etdirmişdir. Onun ən sevimli obrazları Madonna idi. Onun Madonnalar ustadı kimi adlandırılması məqsədəuyğundur. Rəssamın «Konestabil Madonnası» (1502-1503) əsəri erkən yaradıcılığının ən gözəl nümunəsidir. Bu çağın digər tablosu «Məryəmin nişanlanması» (1504) adlı əsəridir.
Ardı →