Tanıyır | Ramiz Rövşən

 

TANIYIR ŞEİRİ

Qaranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəğməsindən tanıyır.

Mən ayrı quşam, ayrı quş.
Yarı bülbül, yarı bayquş.
Bu dünyanı mən boyda quş
Öz qəfəsindən tanıyır.


Davamı →

Ramiz Rövşən - duyğularımın şeir dilinə tərcüməsi

  • Esse
Hər Ramiz Rövşən imzalı şeir oxuyanda mənə elə gəlir ki, indicə ürəyim başıaşağı çevriləcək və ürəyimin bütün daşları töküləcək, bütün mənfi xüsusiyyətlərim canımı çıxarda-çıxarda canımdan çıxacaq. Anam məni bir də doğacaq, bir də böyüyəcəm, bir də insan olacam və çox güman ki, bu dəfə daha yaxşı insan olacam.

Şeirin nə olduğunu dərk elədiyim gündən tələsirəm onun şeirlərinə (Anamın yanına tələsdiyim kimi). Elə bilirəm yüz vərəqlik kitabı on dəqiqəyə oxuyub qurtaracam, amma hər misrada qayanıb qalıram. Elə bil, Ramiz Rövşən misralarına daşlar düzüb, vərəqi çevirsəm, ayağıma düşəcəklər. Düşünürəm, düşünürəm. İlahi,bu nə ağır misralardı. Götürməyə ağlım çatmır, hiss etməyə ürəyim. 

Dərdləşirəm onun şeirləriylə. Dünyanın ən savadlı psixoloqudur onun şeirləri. Ancaq danışmaqla yox, oxumaqla rahatlaşır insan. Hər onu oxuyanda mütləq nəsə yazmaq istəyirəm. Fikirlərim bütün ürəyimi gəzir. Duyğularımı, hisslərimi, hətta neçə ildi ürəyimdə qırılan, sökülən, hər günü ürəyimin bir küncünə tökülən pər-pərişan xatirələrimi uşaq kimi qucağıma almaq istəyirəm. Nə gün gördü ki yazıqlar…
Davamı →

Ramiz Rövşənlə bağlı fakt və əhvalatlar

Ramiz Rövşən müsahibələrinin birində belə demişdi: “Bir mövzuda iki şair şeir yazar, birinə mükafat verərlər, o birini edam edərlər”.

***

Başqa bir müsahibəsinə isə özü haqqında belə söyləyib: “Beş-altı şeir yazmışam, bunu mənə bağışlamayacaqlar”.

***

Məclislərin birində Aqşin Yeniseylə Ramiz Rövşən bir yerdəymiş. İçib keflənəndən sonra Aqşin Ramiz müəllimlə zarafatlaşmaq istəyir:
Davamı →

Mən küsüb gedirəm | Ramiz Rövşən

Mən küsüb gedirəm...
Qoy hamı qalsın,
 
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.
  
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
 
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Davamı →

Azad qadın heykəlinə | Ramiz Rövşən

Yox,sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın
Zalımların gözü də yaşarmadı
Bu quldurlar içində,də,
Səni soymağı ,kim bacarmadı?
Bir sevginin işığı düşmüşdü üz – gözünə
Soydular ,o işığı da soydular
Qurmadığın ev – eşiyi
Doğmadığın uşağı da soydular… 
Gör səni nə günə qoydular, qadın.
Sonra abrın,həyan soyuldu getdi,
Sonra səbrin, dözümün
Davamı →

Belə-belə işlər | Ramiz Rövşən

Həsən kişinin dünyada nəyi var idi?
Bir kəhər atı var idi.
Nəyi yox idi?
Arvadı yox idi, uşaqları yox idi.
Həsən kişi bu dünyada nədən qorxurdu?
Özünün ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün ölər, kəhər at bu dünyada tək-tənha qalar.
Kim bilir onda yazığın günü necə keçər?
Həsən kişi bu dünyada day nədən qorxurdu?
Kəhər atın ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün kəhər at ölər, Həsən kişi bu dünyada tək-tənha qalar.
Davamı →

İlan balası | Ramiz Rövşən

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Davamı →

Başı kəsik gözəl kötük | Ramiz Rövşən

Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…

Davamı →