Rasim Qaraca - Yazmamaq mədəniyyəti
Elçinin bir hekayəsinin təhlili
Davamı →
Müasir milli ədəbiyyatımızın hekayə ustalarından söz düşəndə ilk sıralarda Elçin Əfəndiyevin adı çəkilir. Xaricdə çap olunan hekayə antalogiyalarında da Elçinin adını Anardan sonra hər zaman ikinci sırada görmüşəm. Lakin mən özüm, artıq adı mifləşmiş olan bu yazıçının əsərlərini sonuncu dəfə ən azı 30 il bundan əvvəl oxumuşam. Kulis.az saytında bu yaxınlarda yayınlanmış bir hekayəsi (“Ağadadaşın kişi sözü”) təsadüfən qarşıma çıxanda, vaxtilə mənim şeirlərimə yazdığı tərifli sözlərə bir qarşılıq olsun deyə xoş məramlı bir şeylər yazmaq məqsədilə oxumağa başladım… Oxumağa başladım, amma tezliklə xəyal qırıqlığına uğradım. Oxuduğum hekayə sadəcə yazı vərdişi olan və yazmağa pataloji həvəsi olan birinin cızmaqarasından başqa bir şey deyildi. Azərbaycanda hekayə janrının görkəmli nümayəndəsinin, xalq yazıçısının nə üçün belə zəif hekayə yazdığını anlamaqda çətinlik çəkirəm.
Davamı →