Şimali Avropa intibahı

XV əsrdəki humanist hərəkat İtaliyanın hüdudlarından kənara nüfuz etməyə başlayırdı ki, bu da İntibahın vətənindən şimaldakı ölkələrin mədəniyyətinə də güclü təsir göstərirdi. Ona görə də Şimali Avropa İntibahı ifadəsinin işlədilməsi məntiqə müvafiq səciyyə kəsb edir. Bu intibahın əsas dayaqlarına İngiltərə, Almaniya, İspaniya, Niderland, İsveçrə və Fransa ölkələri daxildir.

Şimali Avropa intibahın xüsusiyyətlərini anlamaq üçün Qərbi Avropadakı istlahatçılıq istiqamətlərinin xarakteristikası ilə tanış olmaq vacibdir. İslahat hərəkatı Almaniyada başlayaraq tədricən Qərbi Avropa ölkələrinin əksəriyyətinə nüfuz etdi. Bu feodal cəmiyyətin özəyindəki ən ciddi dəyişikliklərlə izah olunurdu. Yetişən milli burjuaziya artıq ortodoksal katolitizmin fanatizmi, asketizm, Vatikan xidmətçilərinin ikiüzlülüyü ilə barışa bilmirdi. İslahatın təşəkkülündə İtalyan İntibahı ideyalarının rolu böyük əhəmiyyət kəsb etdi.


Ardı →

İntibah (Renessans)

«İntibah» — adlandırılan dövrü «Renessans» kimi də qeyd etmək məntiqə müvafiqdir. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan humanus – «insani» deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül taparaq XVXVI əsrin II yarısı ərzində digər Avropa ölkələrində vüsət tapdı. Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox incəsənətdə parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və yaradıcı imkanları ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.

Renessans sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır. İntibah incəsənətində dünya və insan haqqında biliklərin elmi və bədii qovuşuğu başlıca əlamət kimi özünü göstərirdi.


Ardı →

İntibah dövrü

İntibah və ya Renesans (fr. Renaissance, ital. Rinascimento — «Yenidən doğulma») — Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdiir. İntibah (söz) termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır.
Davamı →