Son gecə | Rey Bredberi

– Bu gecə dünyanın yox olacağını bilsəydin, nə edərdin?
– Nə edərdim? Zarafat edirsən, ya…
– Yox, düzünü de.
– Bilmirəm. Bu barədə düşünməmişəm. – qadın qəhvədanın qulpunu ərinə tərəf çevirdi və fincanları nəlbəkilərə qoydu. Kişi özünə qəhvə süzdü. İki balaca qız uşağı qonaq otağının yaşıl neft lampası ilə işıqlanan küncündə kublardan bina yığırdılar. Təzəcə qaynamış qəhvənin yüngül, təmiz qoxusu axşamın havasına qarışmışdı.
– Düşünməyə başlasan, yaxşıdır, – dedi kişi.
– Ciddisən? Kişi başını yellədi.
– Müharibə? Bəlkə, hidrogen, ya atom bombası?
– Yox.
– Baktereoloji silah?
– Heç biri, – kişi asta-asta qəhvəsini qarışdırırdı, gözlərini fincanın içindəki qaranlığa zilləmişdi.
– Belə deyək də, kitabımız bağlanır.
– Heç nə başa düşmürəm.
– Elə mən də. Sadəcə ürəyimə damıb. Bəzən dəhşətə gəlirəm. Bəzən də heç qorxmuram, əksinə sakit oluram.
Davamı →

Faranheyt 451 | Rey Bredberi

Bir cəmiyyət düşünün bütün kitablar yandırılsın, hətta onları evdə saxlamaq belə cinayət sayılsın. «Yanğınsöndürən»lərin peşəsi kitab yandırmaq olsun. Mənəvi dəyərlər, hisslərə qapılmaq, düşünmək lazımsız hesab edilsin. Ətraf robotlaşmış «insan»larla əhatələnsin.

Tam təsəvvür edə bilmədinizsə, Rey Bredberi sizə kömək edər.

«Faranheyt 451» Rey Bredberinin 1953-cü ildə nəşr edilmiş romanı. Adı ilə oxucuda maraq yaradan əsərlərdəndi. Əsərə ad seçməkdə də ustalıq çox vacibdi. Bredberidə bu əla alınıb.

Nədi 451 dərəcə faranheyt? 
451 dərəcə faranheyt — bu, kağızın alışdığı və yanmağa başladığı temperaturdu. Yanan kağızlarsa, sadəcə kağız deyil, məhv olan fikirlərdi. Məhv olan düşüncələrdi. Düşünən insanlığın külləri. Mühakimə edən insanların son nəfəsi. Robotlaşmanın təməli…
Ardı →

Rey Bredberinin tövsiyələri

1. İşə roman yazaraq başlamayın. Roman yazmağınız çox vaxt aparar. Yazmağa həftəyə birini tamamlayacağınız qısa hekayələrlə başlayın. Bir il bu cür yazmağa davam edin. Ard-arda 52 pis hekayə yazmağınız mümkün olmadığına görə uğur əldə edəcəksiniz. (Rey Bredberi ilk romanı olan “Franqeytlə 451 dərəcə”ni otuz yaşında yazmağa başlayıb.)

2. Onları sevə bilərsiniz, amma onlar kimi ola bilməzsiniz. Qaçılmaz bir faktdır ki, bilərəkdən, ya bilməyərəkdən sevdiyiniz yazarları təqlid etməyə başlayacaqsınız. (Rey Bredberinin yazdıqlarının Herbet Uells, Jül Vern, Artur Konan Doyl və Laymen Frenk Baumun yazdıqlarına bənzədiyi kimi.)

3. Qısa hekayələrin xüsusiyyətlərini araşdırın. (Bredberi Roald Dal, Gi de Mopassan və bir az daha az tanınan Nigel Kneal və Con Kolyerin yazdıqlarına işarə edir)

4. Beyninizi doldurun. Bredberi gənc yazarlara yatmazdan əvvəl bir hekayə, şeir (amma müasirlərdən deyil, Aleksandr Pop, Uilyam Şekspir, ya da Robert Frostdan) və ya məqalə oxumağı tövsiyə edir. Məqalələrin arxeoloji, bioloji, zooloji, fəlsəfi, siyasi və ədəbi mövzularda olması vacibdir.

5. Sizə inanmayan insanlarla dostluğunuzu sona çatdırın. Yazmaq arzunuza adi baxırlar? Əgər belədirsə onlarla əlaqəni dərhal kəsin.

6. Kitabxanaya qapanın. Lənətə gəlmiş kompüterinizdən ayrılın! Bredberi universitet bitirməsə də, bitib tükənmək bilməyən oxumaq arzusu sayəsində 28 yaşında artıq “kitabxanadan məzun oldum” deyə biləcək qədər kitablardan faydalanmışdı.
Ardı →

Tet-a-tet | Rey Bredberi

Rey BredberiBir yay axşamı dostum Sidlə əl-ələ verib sahil boyunca uzanan taxta döşəmənin üzəriylə Ouşn Parkına gedərkən, sahilə çırpılan dalğaların yaxınlığında, düz qarşımızda skamyalardan birinin üzərində tanış bir mənzərə gördük. 
— Bax, — dedim — və qulaq as.
Biz dayandıq və qulaq asdıq. Yaşlı yəhudi cütlük – kişiyə yetmiş yaş, qadına isə altmış beş verərdim. Eyni vaxtda dodaqları, əlləri tərpənirdi, hər ikisi danışır, heç biri dinləmirdi.

— Mən sənə neçə dəfə demişəm?! – kişi dedi.
— Sən nə demisən ki? – qadın dedi. — Heç nə deməmisən.
— Mən sənə hər şeyi demişəm, – kişi dedi, — mən sənə həmişə nəsə deyirəm. Heç olmasa, bir dəfə fikir versən, görərsən ki, hətta çox vacib bir şey deyirəm...
— Fikir verin buna, nə isə çox vacib söz deyir! — qadın dedi və gözlərini süzdürdü.— Siyahını ver!
— Keçək toy məsələsinə ... 
— Yenə də toy?! 
— Niyə də yox? Nə qədər vurnuxursan, yenə də zərərdəsən.
— Kim idi vurnuxan belə?
— Mən sənə göstərə bilərəm…
Ardı →

Əjdaha | Rey Bredberi

Rey BredberiBataqlıqlı düzənlikdə hərəkət yox idi, sadəcə, gecə mehi qısa otları tərpədirdi. Artıq uzun illərdir ki, böyük kor səma qalxanının altından bir quş belə uçmamışdı. Lap çoxdan bir neçə balaca daş xırdalanıb toza çevriləndə özlərini canlı kimi aparmışdılar. İndi bu çöllükdə yalnız gecənin özü tənha tonqala sarı əyilmiş iki kişinin qəlbində tərpənirdi. Qaranlıq onların damarlarına ehtiyatla dolur və onların gicgahları ilə biləklərində sakitcə döyünürdü. 

Tonqalın işığı onların saç-saqqallı sifətlərində oynayır, gözlərinin içində narıncı cır-cındır kimi əks olunurdu. Onlar bir-birinin güclə sezilən yüngül nəfəs almalarını və kərtənkələninki qədər aramlı göz qırpmalarını dinləyirdilər. Nəhayət, kişilərdən biri tonqalın çör-çöpünü qılıncı ilə qarışdırmağa başladı.

— Etmə, axmaq! Bizi ələ verəcəksən!
— Heç nə olmaz – ikinci dilləndi. — Onsuz da, əjdaha bizim qoxumuzu lap uzun məsafədən də duya bilər. Aman Tanrım, necə də soyuqdur. Kaş ki, indi qalada olaydım.
Ardı →

Ölüm və qız | Rey Bredberi

Uzaq-uzaq diyarlarda, meşələrin, dağların o üzündə bir qarı yaşayırdı. Düz doxsan il bağlı qapılar arxasında ömür sürmüşdü. Heç kimə qapı açmamışdı — nə əsən küləyə, nə yağan yağışa, nə sırtıq sərçələrə, nə də ki, bicbala oğlanlara. Qapısının dirəyini taqqıldadan hər kəs ondan bu sözləri eşitmişdi;
— Cəhənnəm ol, ölüm!
-Mən ölüm deyiləm! — qapı döyən qışqırmışdı.
Qarı isə cavabında demişdi:
— Yox, mən səni yaxşı tanıyıram. Ölümsən, amma qıza çevrilmisən. Yanağındakı çillərin altından qabarmış sümüklərini görürəm!
Ardı →