Rihanna

Robin Rihanna Frenty 1988-ci il fevralın 20-də ABŞ-da yerləşən kiçik bir ada ölkəsi olan Barbadosun Saint Michael bölgəsində anadan olmuşdur. Rihannanın ailəsi 5 nəfərdən ibarətdir — anası Monica Frenty, atası Ronald Frenty və özündən kiçik qardaşları olan Rorrey və Rajad. Rihanna Charles F.Broome Memorial məktəbini bitirib. Daha sonra ölkənin məşhur məktəblərindən birinə — Combermere məktəbinə daxil olur. Sonralar iki sinif yoldaşı ilə orada ilk musiqi qrupunu yaradır.

2004-cü ildə «Miss Combermere» gözəllik yarışmasında birinci olur və «Combermere məktəbinin rəngləri» festivalında səhnəyə çıxaraq Mariah Careynin «Hero» mahnısını ifa edir. Rihanna ilk böyük addımını hələ 15 yaşındaykən bir dostunun vasitəsi ilə musiqi prodüseri Evan Rogers ilə tanış olmaqla atır. Rogers həmin anda həyat yodaşı ilə istirahət edirmiş. Bacarıqlı produser və onun iş ortağı olan Carl Sturken Rihannanın ilk səs yazılarına kömək etməyə qərar verir.

Rihannanın bu səs yazıları Amerikanın bir çox şirkətinə göndərilmişdi. Bu yazılardan biri də Jay-Z-yə çatmışdı. Jay-z Rihannanı müqaviləyə imza atması üçün «Def Jam Records»la bir araya gətirir.
Ardı →

Robyn Rihanna Fenty

Əslində onun adı çoxlarına məlumdur. Rihanna kimi tanınan məşhur R&B və Pop musiqi ifaçısı 1988 ci il 20 Fevralda Barbados da anadan olmuşdur. 16 yaşı olanda Amerilaya köçmüş və elə ilk uğuruna imza atmışdır. İlk albomunu 2005 ci ildə reallaşdırmış və Music of The Sun adı vermişdır, Bir il sonra A Girl Like Me albomu Billboard musiqi chartinda ilk beşliyə düşür. Artıq Rihanna adı bir brand-ə çevrilir. 2007-ci il de onun üçün uğurlu olur və növbəti albomu işıq üzü görür, Good Girl Gone Bad albomumdan olan Umbrella, Take a Bow, Distrubia və Don't stop the Music mahnıları dillər əzbərinə çevrilir.


Ardı →