Rober Osseyn

  • Kino

Rober OsseynParis dünyanın ən gözəl, füsünkar şəhərlərindən sayılır. Paris bir də ona görə gözəl və füsünkardı ki, o, dünya mədəniyyətinə əvəzsiz sənət nümunələri, görkəmli sənət ulduzları bəxş edib. Məşhur kino aktyoru, rejissoru Rober Osseyn də belə ulduzlardan biridir. Kino ulduzlarının sənətə gəlişi hardasa bir-birinə bənzəyir də, bənzəmir də. Bəzilərinin sənət karyerası hansısa xoşbəxt bir təsadüfdən başlayıb. Bəzilərini isə sənətə gətirən onun zahiri görünüşü, gözəlliyi, bir də istedadı olub.

Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi «Sarışınlar sahili» filmindəki rolu ilə başlayıb. Qamətli, aydın sifətli, duru baxışlı gənc — o, kino həvəskarlarının yadında beləcə qalıb. Təbii ki, hər şeydən əvvəl Roberi tamaşaçılara sevdirən onun istedadı, təbii oyunu, ustalıqla yaratdığı maraqlı ekran qəhrəmanlarıdır. Hansı mövzulu filmlərdə çəkilirsə çəkilsin, Roberin qəhrəmanları tamaşaçıya yaxındır, əzizdir. O, qəhrəmanlarını sevməyi və sevdirməyi bacarır.
Yaradıcılığı həmişə kino həvəskarlarının diqqət mərkəzində olub. Çəkildiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır və sənətkarın bizdən ötrü bir özəlliyi budur ki, onun damarlarından azərbaycanlı qanı axır.
Rober Osseynin yaradacılığına nəzər salanda görürük ki, sənətə gəlişi təsadüfi olmayıb. Əvvəla, ona görə ki, Rober sənətçi ailəsində dünyaya göz açıb. Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adıyla çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır. Berlində rus mühacirinin qızı Anna Minevskaya ilə tanış olur, onunla evlənməyi qərara alır. Bir neçə aydan sonra Parisə köçürlər. İlk baxışdan qayğısız və cəlbedici görünən dəbdəbəli Paris həyatı gənc ailəni o qədər də xoş və gülərüz qarşılamır.


Ardı →