"Ferrarisini Satan Rahib" kitabından mənalı sözlər | Kitab sözləri

Başqalarına dediyin sözlər necə vacibdirsə, özünə dediklərin də sənə vacibdir.

Ferrarisini Satan Rahib, Robin Şarma
 
  • «Sənə qızılgül verənin əllərində azca da olsa o qızılgülün ətri ilişib qalır».
  • Əzab ən yaxşı müəllimdir. Əgər o əzab təcrübəsini dadmasaydım bugünkü mən olmazdım.
  • Mən sənətkaram – mənim incəsənət əsərim mənim həyatımdır.
    — Suzuki
  • Mən həm də həyatın tələbəsi olmuşam.
  • Bir dəfəlik başa düş ki,sən öz həyatının yaradıcısısan.
  • Ancaq qorxularını kəşf etdiyində həyatı da kəşf eləyərsən...
  • «Sən ölüm yatağında olarkən vaxtının çoxunu ofisdə keçirdiyinə görə təəssüf edəcəksən»

Davamı →

Robin Şarma "Həyatın 200 dərsi"

«Həyatın 200 dərsi»

1. Az yatın. Bu, həyatınızı daha tam və məhsuldar etməyə kömək edəcək. Əksər insanlar üçün gündə 6 saat yuxu sağlamlıq üçün kifayətdir. 21 gün ərzində bir saat tez durmağı sınayın və bu sizdə adətə çevriləcək. Yadda saxlayın: yuxunun kəmiyyəti deyil, keyfiyyəti əsasdır. Təsəvvür edin ki, sizin həqiqətən də vacib olan əlavə 30 saatınız meydana çıxacaq.


2. Səhər bir saatınızı özünüzü təkmilləşdirməyə sərf edin. Ruhlandırıcı mətnlər oxuyun, ilhamverici yazılara qulaq asın və ya məşhur kitabları oxuyun. Bunları sakit vaxtda edin ki, ruhunuzu sizi gözləyən ağır gün üçün lazım olan güc və enerji ilə zənginləşdirəsiniz. Günə yaxşı başlamaq özünü bərpa etməyin, yeniləşdirməyin effektiv üsuludur.


Ardı →