Xalq üsyanları

1701-ci ildə ordu ilə birlikdə Litvada olan I Pyotr Volqaboyunun aşağı hissəsi Həştərxanda aşağı şəhər əhalisi arasında güclü üsyana dair xəbər aldı. Şəhəri strelets və yoxsul şəhərlilər ələ keçirərək voyevodanı öldürüb ölkənin hər yerinə kömək olmaq məqsədilə qramotalar göndərirdilər. Çar özünün ən yaxşı feldmarşalı olan B.P.Şeremetevi süvarı və piyada polklarla Volqaya göndərdi.

Davamı →

Roma imperiyasının yaranması və süqutu

Yuli Sezar və onun Romada hakimiyyəti zəbt etməsi. Spartak üsyanı yatırıldıqdan sonra Romada hakimiyyət uğrunda mübarizə gücləndi. Mübarizə, əsasən, sərkərdələr Krass, Pompey və Yuli Sezar arasında gedirdi. Konsulluq müddəti bitdikdən sonra Yuli Sezar Qalliya əyalətinə canişin təyin edildi. Qalların müqavimətini qıran Sezar bütün Qalliyanı tabe etdi. Bundan sonra o, həm də Romada hakimiyyəti ələ keçirmək fikrinə düşdü. E.ə. 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi. Sezarı ya Roma üzərində hakimiyyət, ya da rüsvayçı qətl gözləyirdi. O, «Püşk atılmışdır!» deyib, irəlilədi. Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey başçılıq edirdi. Sezar o qədər cəld hərəkət etdi ki, Pompey müdafiəni təşkil edə bilmədi. Sezarın qoşunları müqavimətə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu.
Davamı →

Romanın respublika və imperiya dövrü diplomatiyası

İtaliyanın işğalı Romanı Aralıq dənizi regionunun qüdrətli dövlətinə çevirmişdi. Romanın beynəlxalq əlaqələrində Misir, Suriya, Parfiya və Karfagen mühüm yer tuturdu. Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ e.ə. IV əsrdən başlamışdı. Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də iştirak edir, Romaya Karfagen tacirləri xəz, gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və s. gətirir, Romadan isə mal­qara, taxıl, duz, yağ, zeytun yağı və s. aparırdılar. E.ə. 273-cü ildə Misir padşahı Ptolomey Romaya elçi göndərərək “İttifaq və dostluq” yaratmağı təklif etmiş, Roma da cavabında oraya nümayəndəlik göndərmişdi.
İtaliyanın işğalının başa çatması, Kapuya, Tarent, Neapol, Brundiziya və s. liman şəhərlərinin tutulması romalılarının dəniz ticarətinin genişləndirməsinə şərait yaratmışdı. Romalılar öz müttəfiqlərinə və tabe edilmiş şəhərlərə bilavasitə xarici ölkələrlə iqtisadi əlaqə saxlamağı qadağan etmişdilər. Xarici əlaqələrin saxlanılması Roma dövlətinə məxsus idi.


Ardı →

Qədim Roma dövləti

Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.


Ardı →

Romada quldarlığın tənəzzülü. Xristianlığın meydana gəlməsi

II əsrin sonu — III əsrdə quldarlıq təsərrüfatının tənəzzülü


I-II əsrlərdə Roma imperiyası ən qüdrətli zirvəsinə çatdı. Lakin II-III əsrlərdən başlayaraq, quldarlıq quruluşunda tənəzzül başlandı. Çünki qul əməyi getdikcə əhəmiyyətini itirirdi, qul nəzarətsiz yaxşı işləmirdi. Qullar üçün yaxşı işləməyin əhəmiyyəti yox idi. Onlara ancaq yemək və paltar verirdilər. Qullara nəzarətçilər, keşikçilər, quldarların özləri nəzarət edirdi. Quldarlıq təsərrüfatın inkişafı üçün əngələ çevrildi. Qədim Romada su dəyirmanı ixtira edildi, gavahınlı mürəkkəb kotan, öküzlə hərəkətə gətirilən biçin aləti, bağlarda işləmək üçün bıçaq aləti ixtira edilmişdi. Lakin bu alətləri qullara etibar etmirdilər. Onlara kobud alətlər verirdilər, bu alətləri sındırmaq çətin idi. Beləliklə, Romada quldar təsərrüfatının tənəzzülünün səbəbi quldarlığın texnika və ticarətin inkişafını ləngitməsi, kənd təsərrüfatının tənəzzülü, qulun öz əməyinin nəticəsində maraqlı olmaması idi.


Ardı →

Roma impersiyasının süqutu

Romada sərkərdələr arasında gedən mübarizədə Konstantin (306-337) qalib gəldi. O, Romanı sevmirdi və şərqdə yaşayırdı. Konstantin Bosfor boğazının Avropa hissəsində yerləşən qədim Vizanti (Bizans) yunan şəhərini paytaxt seçdi. 330-cu ildə paytaxt Vizantiyə köçürüldü. Şəhər Konstantinopol (indiki İstanbul) adlandı.

IV əsrin sonlarından başlayaraq barbarların Roma imperiyasına hücumu gücləndi. Roma imperatorları barbarlara xərac verməyə məcbur olurdular, bəzən barbar tayfalarından muzdla istifadə edirdilər. IV əsrin sonunda Xəzərətrafı çöllərdən hunlar qərbə doğru hərəkət etdilər. Onlar Qara dənizin şimalında yaşayan ostqot tayfalarını qərbə sıxışdırdılar. Ostqotlar Dunay sahillərinə çəkildilər. Roma imperatoru imperiyanın sərhədlərini müdafiə etmək üçün ostqotlara imperiya sərhədlərində məskən salmağa icazə verdi və onları ərzaqla təmin etməyi öhdəsinə götürdü.


Ardı →

Qədim Romada iqtisadi fikrin formalaşmasi

Qədim dövrün iqtisadi fikri klassik quldarlıq quruluşunun tərəqqi etdiyi e.ə. II əsrdə, eləcə də eranızın III-Y əsrlərində  Qədim Romada inkişaf etmiş və başa çatmışdır. Qədim Roma iqtisadi fikri azad və bərabərhüquqlu torpaq mülkiyyətçilərinin birləşməsi əsasında əmələ gəlmiş şəhər icma əkinçiliyi və qul əməyinin mənimsənilməsi ilə əlaqədar idi.
Roma polis dövlətinin quldarlıq şəraitində inkişafı və kəsb etdiyi ziddiyyətlərin aradan qaldırılması əkinçilik, torpaq mülkiyyətçiliyi, hərbiçilərin torpaq əldə etməsi hüquqları və sairə məsələlərlə bağlı aparılan islahatlarla sıx şəkildə bağlı idi.
Ardı →