Harun Yəhya "Qlobal Masonluq" - Təkamül təliminin pərdəarxası

1832-ci il.«Biql» gəmisi Atlantik okeanın dərin sularında sürətlə irəliləyirdi. Kənardan baxanda, o, adi bir yük və ya sərnişin gəmisinə bənzəsə də, səfərinin məqsədi tamam başqa idi.Ingiltərədən yola düşən bu gəmi bütün okeanı qət edərək və Cənubi Amerika sahillərinə çatacaqdı. O zamanlar heç kim üçün böyük önəm daşımayan «Biql» gəmisinin 5 illik səyahəti başlayırdı...
Sonralar gəmini xeyli məşhurlaşdıracaq amil onun içində olаn bir sərnişinin аdı ilə bаğlıdır — çarlz Robert Darvin adlı 22 yaşlı gənc tədqiqatçı. əslində biologiyа deyil, dini təhsil almış, Kembric Universitetinin teologiya fakültəsini bitirmiş Darvin. O, uzun-uzadı dini təhsil alsa da, yaşadığı əsrin materialist düşüncələrindən xeyli təsirlənmişdi. Hətta «Biql»da səfərə çıxmazdan bir il qabaq xristian dininin əsaslarını rədd etmişdi.
Gənc Darvin bu düşüncələrin təsiri аltındа çıxdığı səfər boyunca bütün kəşflərini materialist gözü ilə şərh etməyə çаlışırdı. Araşdırdığı canlıların xüsusiyyətlərinə yaradılış xaricində açıqlama gətirməyə çalışdı. Sonrakı illərdə bu fikirlərini daha da inkişaf etdirdi, təsnifata saldı və bir nəzəriyyə olaraq irəli sürdü. Darvinin 1859-cu ildə çap olunan «Növlərin mənşəyi» adlı kitabında irəli sürdüyü bu nəzəriyyə XIX əsrin fikir dünyasına görünməmiş təsir etdi, ateizmin əsrlərdir aradığı «elmi əsas»a çevrildi.
Ardı →