SSRİ beynəlxalq aləmdə
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Puqaçovun başçılığı altında olan qüdrətli xalq üsyanı Rusiya üçün bir sıra nəticələrə səbəb olmuşdur. Hər şeydən əvvəl ölkənin yerli idarəçilik orqanlarının çatışmazlıqları üzə çıxmışdır. Böyük quberniyalara bölünmüş ölkədə mərkəzin nəzarəti aşağı səviyyədə idi. Eyni zamanda üsyan Rusiyanın üst təbəqəsini, xüsusilə zadəganlarla hakimiyyəti daha sıx birləşdirdi. Gələcəkdə belə sarsıntılara yol verməmək məqsədilə zadəganlar mərkəzi hakimiyyətin, mütləqiyyət quruluşunun möhəmləndirilməsini istəyirdilər.
Rusiya tarixinin əhəmiyyətli bir hissəsi olan Böyük Yekaterinanın «qızıl əsri» Avropa maarifçiliyi ilə sıx bağlı olduğu üçün xüsusi diqqət və maraq doğurmuşdur. Görkəmli tarixçi alim S.M.Solovyova görə «Əgər Pyotrun əsri işıq deyil, şəfəq əsri idisə, XVIII əsrin ikinci yarısında görülən işlər nəticəsində xalqın yetkinləşməsi, şüurun inkişafı, xaricdən daxilə yönəlmə, öz-özünə və özününkünə dönmə əlamətləri aydın görünürdü». Ölkədə baş verən dəyişiklikləri bədii dillə ifadə edən əyan İ.İ.Betski imperatriçəyə demişdir: «Böyük Pyotr Rusiyada adamları yaratdı, Siz Əlahəzrət, onlara ürək əlavə etdiniz».
1740-cı il oktyabrın 17-də Anna İvanovna vəfat etdi, onun vəsiyyətnaməsinə görə bacısı qızı Anna Leopoldovna və Anton-Ulrix Braunşveyqskin yeni doğulan körpəsi VI İvan Antonoviç imperator, Biron isə naib təyin olundu. Rusiya cəmiyyəti imperatriçənin sağlığında xarici istəklinin özbaşınalığına çətinliklə dözdüyü halda, Bironun naib təyin edilməsilə yenidən 17 il bu vəziyyətə qatlaşmağa məcbur buraxılmışdır. Bu biabırçılığı davam etdirmək istəməyən adamların milli hissləri onları əməli fəaliyyətə yönəltmişdir. Birinci olaraq, Preobrajenski polkunun qvardiyaçıları narazılıqlarını dilə gətirmişdir. Lakin almanların arasında olan çəkişmə, onların əsas söz sahibi olmaq arzusu Bironun vəziyyətini daha da kəskinləşdirmişdir. Xüsusilə Bironun naibliyini müdafiə edən feldmarşal B.X.Minix umduğu generalissimus rütbəsini almadıqda tez bir zamanda yeni imperatorun anası Anna Leopoldovnanın tərəfinə keçdi. Onun razılığı ilə 1740-cı il noyabrın 8-nə keçən gecə Minix adyutantı podpolkovnik X.Q.Manşteyn və 80 nəfər qvardiyaçı ilə birlikdə Bironun yay sarayına daxil olub, ağzını, əl-qolunu bağlayıb Qış sarayına apardılar. Səhər saat altıya doğru Bironun üç həftəlik naiblik dövrü başa çatdı, onu ailəsi ilə birlikdə əvvəlcə Aleksandr-Nevski monastrına, sonra Şlisselburq qalasına saldılar. Bironla birlikdə onun qatı tərəfdarı A.P.Bestujev-Ryumin də həbs edildi.