Söz Adamının nağılı | Xulio Kortasar

Xulio KortasarBiri vardı, biri yoxdu, söz və çağırışlar satan bir Söz Adamı vardı. İşləri yaxşı gedirdi, amma ondan inadla söz satın almaq istəyən və hər zaman sözün qiymətini öldürməyə çalışan alverçilər çoxuydu. Adam həmişə güzəştə gedirdi və buna görə də küçə alverçilərinə istənilən oxşamalar, varlı qadınlara cürbəcür ahu-zarlar, eləcə də fərmanlar, şüarlar, başlıqlar və hər cür saxta hallar üçün tələb olunan lazımi sözləri tapıb satırdı. 
Nəhayət, Söz Adamı fikirləşdi ki, artıq vaxtı çatıb və o, balaca diktatorun – əyan-əşrəfindən heç nəylə fərqlənməyən yerli hakimin qəbuluna yazıldı. Balaca diktator onu generalları, nazirləri, katibləri və qəhvə fincanlarının əhatəsində qəbul etdi. 
Söz Adamı: 
– Son sözlərinizi satmaq üçün yanınıza gəlmişəm, – dedi. – Onlar çox vacib sözlərdir, lakin hakimiyyətdən getmək vaxtı yetişdikdə o sözlərdə heç bir məna tapmayacaqsınız. Son anda tarixin gedişini göz önündə canlandırmaq üçün sizə mütləq gözəl çıxış etmək lazımdır.
– Onun dediklərini tərcümə edin, – deyə balaca diktator tərcüməçisinə əmr etdi.
– O, bizim dildə danışır, zati-aliləri.
– Bizim dildə? Bəs niyə mən heç nə anlamadım?
Ardı →