Sürücülük vəsiqəsini necə əldə etmək olar?

Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bununla bağlı aşağıdakı əsas məqamlara diqqət yetirmək lazımdır. Beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50 km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tramvayları idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.

Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar.
Davamı →

Piyada vurulubsa, sürücünü nə gözləyir?

Sürücü yol hərəkəti qaydasını pozduğu zaman düzgün yerdən keçməyən piyadanı vura bilər. Bu zaman piyadanın haradan keçməsi deyil, sürücünün avtomobili necə idarə etməsi önəmli olacaq. Və ola bilər ki, sürücü qaydanı pozmasın, piyada qəflətən qarşısına çıxsın (məsələn: sərxoş piyada) və hadisə baş versin. İstənilən halda bu vəziyyət diqqətlə araşdırılmalıdır.

Əgər piyada yolun nəzərdə tutulmayan yerindən keçirsə, həmin an avtomobil əyləcləyə bilməzsə (Aeroport şossesi, Zığ avtomagistralı, Buzovna-Bilgəh yolu və s), yol nahamar, qaranlıq olarsa, o zaman sürücüyə ittiham irəli sürülməz. Yetər ki. sürücü də qaydalara əməl etsin: Sürəti icazə verilmiş həddə olsun. Sutkanın qaranlıq və yağışlı vaxtında hərəkət sürətini buna uyğun nizamlasın. İşıqları, əyləc sistemi normal vəziyyətdə çalışsın. Bu zaman sürücünün ən etibarlı şahidi avtomobildə quraşdırılmış videoqeydiyyatçısı olacaq. Görüntüyə baxdıqda, sürücünün hərəkəti, piyadanın trayektoriyası daha aydın görünəcək və bu sürücünün bəraət almasına imkan yaradacaq.
Davamı →

Eynşteynin sürücüsü

Eynşteyn getdiyi hər yer sürücüsü ilə gedərmiş.Bir gün konfransa getdikləri zaman sürücü Eynşteynə deyir ki,mən sizin bütün konfranslarınizda oturub sizə qulaq asıram,bu səbəbdəndə danışdıqlarınızın hər birini hərfi-hərfinə  bilirəm.Fürsətdən istifadə Eynşteyn deyir ki, bu getdiyim konfransda məni heç kəs tanımır sən mənim yerimə konfransa çıxıb danış.Sürücü Eynşteynlə razılaşır və hər şey qaydasinda gedir. Konfransın sonunda salondakılardan biri çox cətin bir fizika sualı soruşur.Bu zaman bizim çevik sürücü ona deyir ki,bu elə asan sualdır ki, bunu mənim sürücümdə bilər.O,Eynşteyni sürücü kimi qələmə verir,Eynşteyndə sualı cavablandırır.
Ardı →

Sürücünün əmək funksiyası (dərəcələr üzrə)

3. Avtomobil sürücüsü

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirililə kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi.


Ardı →

Yolda yatmamaq üçün məsləhətlər

Bəzi tədqiqatlar göstərir ki, yuxulu sürücü sərxoş sürücü qədər təhlükəli ola bilər. Uzaq yol gedərkən yatmamaq və sayıqlığı qorumaq üçün sizə növbəti metodları təklif edirik.
Lakin yadda saxlayın: əgər çox yorulmuşsunuzsa, yaxşı olar ki, avtomobili yolun kənarına sürüb bir az yuxulayasınız. Bu fürsətdən istifadə edin və özünüzü qoruyun! Tərkibində kofein olan qida məhsullarından və içkilərdən istifadə milyonlarla sürücünün sınaqdan çıxardığı köhnə və etibarlı metoddur. Çoxları üçün qara qəhvə yuxunu birdəfəlik qovmaq üçün ən sadə bir vasitədir.
Ardı →