III Əhmədin Hakimiyyəti (1703-1730)

1703-cü ildə hakimiyyətə gələn III Əhməd üsyanı yatırdı. Üsyançıların bəzilərini öldürtdü, bəzilərini isə edam etdirdi. Bundan sonra səfərlərə başladı.
Osmanlı ordusu 1711-ci ildə baş vəzir Baltaçı Məhməd paşanın əmrində hərəkətə keçdi. Çar Pyotr Boğdan və Ehistandan ordu toplayaraq Tunanı tutmaq, Boğdan və Əflaqı Osmanlıya qarşı üsyana təşviq etdirmək istəyirdi. Çar Pyort bu səfəri Osmanlı dövlətindəki xristianları azad etmək məqsədilə etdiyini bildirdi. Rus ordusu Tunaya enərək Osmanlılara pusqu qurmaq istədi. Ancaq Osmanlı ordusu onlardan əvvəl buranı keçdi. Krım ordusu ilə birləşən Osmanlı ordusu ruslan Prut çayı sahilində sıxışdırdılar. Ruslar sülh təklif etdi. Müqavilə imzalandı. Müqaviləyə əsasən Azak qalası türklərə təslim ediləcək, yeni tikilən qalalar söküləcək və Krıma illik vergi veriləcəkdi. Mühasirədən azad olan Rus çan müqavilənin heç bir maddəsini yerinə yetirmədi.

Davamı →

Azərbaycan Uğrunda İran-Osmanlı Mübarizəsi

Azərbaycan ərazisinin böyük hissəsinin Rusiya və Osmanlı tərəfindən işğalı İran dövlətinin varlığım böyük təhlükə altına almışdı. Bu İran feodallarını birləşməyə, ümumi qüvvə ilə yaranmış vəziyyətdən çıxmağa məcbur etdi. İşğalçılara qarşı mübarizəyə İranda geniş şöhrət tapmış və İran şahı Təhmasibin şərəfinə özünü Təhmasib Quluxan adlandırmış, İran qoşunları komandanı təyin edilmiş əfşarlar qəbiləsindən olan böyük feodal Nadir başçılıq edirdi. Nadir tezliklə əfqanları ölkədən qova bildi. Əfqanları ölkədən qovandan sonra o, Azərbaycan torpaqlarını ələ keçirməyə və bu yerlərdən türk qoşunlarını qovmağa başladı. O, tezliklə Azərbaycanın cənub torpaqlarının böyük hissəsini tutdu.

Davamı →

Azərbaycana yürüş ərəfəsində I Pyotrun taktiki addımları

Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi.
Iqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində mühüm mövqe tutan Azərbaycan Avropa və Asiyanı birləşdirən körpü rolunu oynamaqla mühüm strateji maraq kəsb edirdi. Azərbaycan ərazisindən son dərəcə mühüm hərbi-strateji və ticarət yolları keçirdi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzərsahili vilayətlərinin Osmanlı imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi.

Davamı →

Səfəvilər dövrü Azərbaycanının tarixi-siyasi coğrafiyası

XV əsrin sonları — XVI əsrin ilk illəri Azərbaycanda Ağqoyunlular dövlətinin zəifləməsi, parçalanması və süqutu və Səfəvilər dövlətinin təsisi ilə səciyyəvidir. Bilindiyi kimi, səfəvi şeyxləri uzun müddət hakimiyyət uğrunda mübarizə aparmış, əvvəlcə Ərdəbildə şiəlik məzhəbinin başçıları kimi tanınmışlar, sonra isə ağqoyunlular dövründə yaranmış siyasi vəziyyətdən istifadə edərək hakimiyyətə gəlmişlər. Bu işdə Şeyx Cüneyd, Şeyx Heydər və əlbəttə, I İsmayılın fəaliyyəti mühüm rol oynamışdır. 1501-ci ildə İsmayılın qurduğu Səfəvilər dövləti 1736-cı ilə kimi fəaliyyət göstərmiş və 236 il mövcud olmuşdur.
Səfəvilər dövləti geniş əraziləri əhatə edirdi. Onun tərkibinə Azərbaycan, Ermənistan, Şərqi Gürcüstan, Kiçik Asiyanın şərq hissəsi və demək olar ki, bütün İran ərazisi daxil idi. Dövlətin cənub sərhədləri İran (Fars) körfəzindən, şimal sərhədləri Dərbənd mahalının şimalından, şərq sərhədləri Amu-Dərya çayından, qərb sərhədləri isə Kiçik Asiya və Gürcüstan ərazilərinin təxminən ortasından keçirdi. Səfəvilər orta əsrlər Şərqində fəaliyyət göstərmiş böyük imperiyalardan idi. Dövlətin paytaxtları müxtəlif dövrlərdə Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri olmuşdur.
Davamı →

Şah İsmayıl Xətai

Azərbaycanlıların tarixi yaddaşında ən görkəmli və parlaq şəxsiyyət kimi Şah İsmayıl qalıb desək, yanılmarıq. Lakin, bu böyük sərkərdə və hökmdarın şəxsiyyəti barədə söylənilən ziddiyətli fikirlər bəzən onun Vətənimiz qarşısında etdiyi xidmətlərə kölgə salır. Bu dahi sərkərdəyə qarşı sürülən ittihamlar arasında məzhəb təəssübkeşliyi xüsusi olaraq vurğulanır. Şah İsmayıl kimdir və onun tarixi xidmətləri nədən ibarət olub?


Ardı →

Şah İsmayıl Xətai

1493-cü ilin payızında Savalanın ətəkləriylə qurumuş otları, yarpaqları xışıldada-xışıldada gündoğan tərəfə dörd atlı çapırdı. Başlarında on iki zolaqlı qırmızı çalma, çiyinlərində polad sinəbənd, bellərində uzun, əyri qılınc olan ucaboy, enlikürək dörd atlı… Atlar köpük içində idilər. Atlıların sifəti isə daş kimi sərt və hissiz idi. Onlar dinib-danışmadan çapır, çapırdılar. Yalnız qabaqda çapan atlı sürəti azaltmadan arabir əlini qaşları üstünə qoyub ətrafı seyr edirdi. Hamının nəzəri ikinci atlıda, daha doğrusu onun tərkindəki uşaqda idi.


Ardı →

Səfəvilər dövləti

Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.
Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.
XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultanəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaşı İsmayılı Səfəvi Ordeninin başçısı təyin etmişdi.
Şeyxİsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir.


Ardı →