III Əhmədin Hakimiyyəti (1703-1730)

1703-cü ildə hakimiyyətə gələn III Əhməd üsyanı yatırdı. Üsyançıların bəzilərini öldürtdü, bəzilərini isə edam etdirdi. Bundan sonra səfərlərə başladı.
Osmanlı ordusu 1711-ci ildə baş vəzir Baltaçı Məhməd paşanın əmrində hərəkətə keçdi. Çar Pyotr Boğdan və Ehistandan ordu toplayaraq Tunanı tutmaq, Boğdan və Əflaqı Osmanlıya qarşı üsyana təşviq etdirmək istəyirdi. Çar Pyort bu səfəri Osmanlı dövlətindəki xristianları azad etmək məqsədilə etdiyini bildirdi. Rus ordusu Tunaya enərək Osmanlılara pusqu qurmaq istədi. Ancaq Osmanlı ordusu onlardan əvvəl buranı keçdi. Krım ordusu ilə birləşən Osmanlı ordusu ruslan Prut çayı sahilində sıxışdırdılar. Ruslar sülh təklif etdi. Müqavilə imzalandı. Müqaviləyə əsasən Azak qalası türklərə təslim ediləcək, yeni tikilən qalalar söküləcək və Krıma illik vergi veriləcəkdi. Mühasirədən azad olan Rus çan müqavilənin heç bir maddəsini yerinə yetirmədi.

Davamı →

Azərbaycan Səfəvi dövləti XVI əsrin son rübündə

Şah I İsmayıl tərəfindən başlanmış Azərbaycan torpaqlarının birləşdirilməsi siyasəti onun ölümündən sonra da davam etdirildi. Şah I Təhmasib 1538-ci ildə Şirvanşahlar dövlətinə, 1551-ci ildə isə Şəki hakimliyinə son qoydu. Beləliklə, Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi prosesi başa çatdı.

Eyni soya və dinə mənsub dövlətlər — Səfəvi və Osmanlı arasında sürən müharibələrin birinci mərhələsi XVI əsrin ortalarında başa çatdı. 1555-ci ildə bağlanan Amasya sülh müqaviləsinə görə Şərqi Gürcüstan Səfəvi dövlətinə, Qərbi Gürcüstan isə osmanlılara verildi. Amma sonra osmanlılar Amasya müqaviləsinin şərtlərini pozdular.
Davamı →

Səfəvilər dövrü Azərbaycanının tarixi-siyasi coğrafiyası

XV əsrin sonları — XVI əsrin ilk illəri Azərbaycanda Ağqoyunlular dövlətinin zəifləməsi, parçalanması və süqutu və Səfəvilər dövlətinin təsisi ilə səciyyəvidir. Bilindiyi kimi, səfəvi şeyxləri uzun müddət hakimiyyət uğrunda mübarizə aparmış, əvvəlcə Ərdəbildə şiəlik məzhəbinin başçıları kimi tanınmışlar, sonra isə ağqoyunlular dövründə yaranmış siyasi vəziyyətdən istifadə edərək hakimiyyətə gəlmişlər. Bu işdə Şeyx Cüneyd, Şeyx Heydər və əlbəttə, I İsmayılın fəaliyyəti mühüm rol oynamışdır. 1501-ci ildə İsmayılın qurduğu Səfəvilər dövləti 1736-cı ilə kimi fəaliyyət göstərmiş və 236 il mövcud olmuşdur.
Səfəvilər dövləti geniş əraziləri əhatə edirdi. Onun tərkibinə Azərbaycan, Ermənistan, Şərqi Gürcüstan, Kiçik Asiyanın şərq hissəsi və demək olar ki, bütün İran ərazisi daxil idi. Dövlətin cənub sərhədləri İran (Fars) körfəzindən, şimal sərhədləri Dərbənd mahalının şimalından, şərq sərhədləri Amu-Dərya çayından, qərb sərhədləri isə Kiçik Asiya və Gürcüstan ərazilərinin təxminən ortasından keçirdi. Səfəvilər orta əsrlər Şərqində fəaliyyət göstərmiş böyük imperiyalardan idi. Dövlətin paytaxtları müxtəlif dövrlərdə Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri olmuşdur.
Davamı →

Şah İsmayıl Xətai

Azərbaycanlıların tarixi yaddaşında ən görkəmli və parlaq şəxsiyyət kimi Şah İsmayıl qalıb desək, yanılmarıq. Lakin, bu böyük sərkərdə və hökmdarın şəxsiyyəti barədə söylənilən ziddiyətli fikirlər bəzən onun Vətənimiz qarşısında etdiyi xidmətlərə kölgə salır. Bu dahi sərkərdəyə qarşı sürülən ittihamlar arasında məzhəb təəssübkeşliyi xüsusi olaraq vurğulanır. Şah İsmayıl kimdir və onun tarixi xidmətləri nədən ibarət olub?


Ardı →

Səfəvilər dövləti

Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.
Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.
XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultanəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaşı İsmayılı Səfəvi Ordeninin başçısı təyin etmişdi.
Şeyxİsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir.


Ardı →