Facebook aforizmləri

Ortaq dostunu göstər, deyim sən kimsən…

Komment gələn yerdən layk əsirgəməzlər.

Parolumu vermişdim sənə bir zaman, paroldan qiymətli de nə verəydim?

Açaram inboxu, tökərəm… sandığı…

Təmiz inbox yoxdu, hələ kirlənməmiş inbox var... 
Davamı →

Tanrım

Bəlkə biz səni görmədiyimiz kimi sən də bizi görmürsən, İlahi, şəkk eləmə, biz varıq, hamımız günahkarıq, bəlkə də, amma inan ki, hamımız çarəsizik...

Əlimdə altıqoşam ölür, vaxt bitmək üzrə, tanrım, soruşmaq ayıb olmasın, kimin əlinə oynayırsan?!

Allahım, öz “əsərini” oxunaqlı etmək xatirinə, müsbət qəhrəmanlarını çərlədib öldürmək şöhrətpərəst yazıçıların işidir.

Bəsdi, az sorğu-sual et, İlahi, günahım yoxdu. Cəzamı ver, çıxım gedim, sənin növbən uzundu, mənim vaxtım yoxdu…
Davamı →

Qorxma, səni öldürməyəcəm

  • Esse
Uşaq idim, rayonumuzda sirli bir qətl hadisəsi baş vermişdi. Evdəkilərin bunu pıçıltıyla, bizdən inadla gizlədərək müzakirə eləməsi mənim onsuz da böyüklərin söhbətinə olan aşırı marağımı bir az da gücləndirmişdi. Axır ki, iyləyib-çüyləyib söhbəti öyrənmişdim. Rayon mərkəzində yaşayan gənc ər-arvad öz evində, intiqam zəminində qətlə yetirilmişdi. Səs küyə ailənin yeganə, beş-altı yaşlı uşağı yuxudan oyananda qatil əlindəki bıçağın qanını silə-silə uşağa gülümsəmişdi: “Qorxma, səni öldürməyəcəm”.

Bıçağın qanını silmək məsələsi çox güman ki, camaatın hadisəyə vurduğu bəzək, yəni şifahi xalq yaradıcılığı idi. Amma, “qorxma, səni öldürməyəcəm”i qatilin dediyinə inanıram, çünki bu dəhşətli sözləri uydurmağa insan fantizayasının gücü çatmazdı, bu tanrı ssenarisi idi…
Davamı →

Keçinin balası-çəpiş | Səhər Əhməd

  • Esse
Maşının qapısını açmasıyla əvvəl çantasını, sonra özünü arxa oturacağa atması bir oldu, dalınca da qapını şaqqıltı ilə örtdü. Əsəbi tövrünə, üzündəki pərişan ifadəyə gülməyim tutsa da, qırımından qorxub gülmədim. Güzgüdə baxışlarımız toqquşan kimi qışqıra-qışqıra danışmağa başladı:

— Çəpiş keçinin balasıdı, hə, balasıdı?
Axrıncı sözü həm məntiqi vurğu, həm sual intonisiyasıyla, həm də daha bərkdən qışqıraraq dediyinə görə açar söz o idi. Mən “priçyom tut ya?” ifadəsi ilə key-key baxıb çəpişin keçinin balası olmasında nə boyda günahım ola biləcəyini götür-qoy edirdim ki, oğlum hər iki əlini açıb cütləşdirdi və irəli uzatdı:
Davamı →

Düzünü de, mənə nəsə olub? | Səhər Əhməd

Zəng gələndə mən dərin bir yuxunun içində naməlum bir obyektlə (əzrayıl da ola bilərdi) ölüm-dirim savaşındaydım. Vatsapp zəngi məni lap vaxtında xilas elədi. Yerimdən dik atılıb həyatla yuxu arasında telefonu əlimə aldım. Ekranda zəng edən adamın şəkli görünürdü və qəribədi ki, şəkildəki mən idim, özüm öz üzümə baxıb qıcıq bir təbəssümlə gülülümsəyirdim.

Lənət şeytana, gözlərimi silib ada baxdım, məni şəklimin altında “bacı”yazılmışdı. Bu müddət ərzində bir az da ayıldım və anladım ki, özüm-özümə zəng eləmirəm, sadəcə olaraq, bacım vatsapp profilinə mənim şəklimi qoyub. Bu, məni rahatlatmaq əvəzinə bir az da çaşdırdı.
Davamı →

18+

  • Esse
And olsun avtobus sürücülərinin pozulmuş əsəblərinə ki… Lənət şeytana. Bu axmaq cümləni heç cür beynimdən çıxara bilmirdim. Avtobusdaydım, önümdəki güzgüdən sürücünün turşumuş sifəti bütün cizgiləriylə görünürdü. O hələ ki, astadan öz-özünə danışır, deyinməyə təzəcə başlayırdı. Amma bir azdan sərnişinlərin arasından da sinirləri gərilmiş biri tapılacaq, dava qopacaq, mənfi enerji ətrafa yayılacaqdı.

Deməli, qarşıdurma qaçılmazdı. Sürücüylə sərnişin, həkimlə pasient, müəllimlə şagird, polislə vətəndaş arasında.
Davamı →

Ağrıkəsici | Səhər Əhməd

Aptekə girməyiylə çixmağı bir oldu. Sürücü maşına söykənib siqaret yandırırdı, onu görəndə duruxdu:
— Nə oldu?
— Burda növbədi, başqasına gedək.
— Bu gün rayonda bütün apteklər belə olacaq.
— Hardan bilirsiz?,- ironiyayla sürücüyə baxdı.
— Çünki bu gün pensiyalar gəlib.
Davamı →

Susmuş qəzəb

  • Esse
Sevginizi və ya qəzəbinizi kontrol (ört-basdır) eləməyə çox da əmək sərf eləməyin. Bütün hisslərin sözlə ifadə olunmaq azadlığı, hətta hüququ var. Məsələn, sözlə ifadə olunmuş (təbii ki, əxlaq çərçivəsində) qəzəb artıq xərclənmiş enerjidir, sönmüş vulkan kimi zərərsizləşdirilib. Əksinə, hansısa səbəbdən “içəri atılmış” qəzəb isə potensial nifrətdən, intiqam hissindən başqa bir şey deyil.

Yəqin ki, onlarla adda “susmuş qəzəb” növləri mövcuddur, mən bu gün sizə yalnız ikisindən – təbii ki, özümə daha çox aydın olanından danışacam. 
Davamı →

Sözlə əməl arasında

  • Esse
Nitşse deyir: “Xeyirxah kimdir? Xeyirxah hünərli olandır”. (Bu fikri yaddaşınızda əlçatan bir yerə qoyun, bir azdan mənə lazım olacaq).

Bəs hünərli olan kimdir, yəni bununçün konkret nə tələb olunur, bax məsələ budur, ən azından mənim sizə demək istədiyim məsələ. Keçən dəfəki yazıda hisslərin sözlə ifadəsindən danışmışdıq, bu gün daha sonrakı prosesə keçəcəyik, sözlərin əmələ çevrilməsinə.

Duyğular sözlə ifadə olunmaq istədiyi kimi, sözlərin də əməllə isbata ehtiyacı var və hətta bu ehtiyac birincidən daha çox və daha vacibdir, ruhun var olmaq üçün materiyaya ehtiyacı olduğu kimi... 
Davamı →

Ananı bağışla, oğlum!

ana və ogulGözlərini açmayıb hələ, yuxuda sayıqlayırmış kimi qırıq-qırıq, amma təlaşla soruşur: 
— Ana, sabah məktəbdi, ana? 
— Hə. 
— Iııı, ahəng qanununu öyrənməliyəm, ahəng… qanun...-və mışıldamağa davam edir. 

Səkkiz yaşlı uşağı bayram tətilində, sabahın şirin yuxusunun içində “ahəng qanun”u haqda düşündürən insafsız həyat. ...Eh, oğlum, kaş sənə “Ahəng qanunu da başqa qanunlar kimi mənasızdı, öyrənmə onu, rahat yat, uşaqlığını yaşa”-deyə bilsəydim...

Deyə bilmərəm, lənət olsun! Deyə bilmərəm, çünki mən təkcə sənin anan deyiləm, həm də başqa uşaqların müəllimiyəm, neçə illərdi, bu ahəng qanununu xalqın uşaqlarına tədris eləyən adamam. Və çox gözəl anlayıram ki, bu dünyada ahəng qanuna tabe olmayan o qədər dillər var ki, o qanundan xəbərsizdi, heç bir problemləri də olmur. Mən bu həqiqəti xalqın uşaqlarına deyə bilmirəmsə, sənə heç deyə bilmərəm, yavrum.
Davamı →