Səhər yeməyinin faydaları

Səhər yeməyi günün ən vacib yeməyidir. Vaxt azlığı, iştahanın olmaması səbəbindən səhər yeməyindən imtina edilməməlidir. Unutmayın ki, balanslı bir səhər yeməyi sağlam həyat tərzi keçirmək üçün vacib şərtdir.
Səhər yeməyi beyinin işini gücləndirir, xüsusilə məktəbli uşaqlarda bu daha önəmlidir. Araşdırmalara görə, səhər yeməyi uşaqların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir. Səhər yeməyi yeyən uşaqlar və böyüklər ondan imtina edənlərdən daha çox lif, kalsium, A və C vitaminləri, riboflavin, sink və dəmir alırlar. Hətta çəki artımından ehtiyatlanan insanlarda belə səhər yeməyi sağlam çəkidə qalmağı təmin edir.

Davamı →

Bağırsaq üçün ən faydalı səhər yeməyi növləri

Yoqurt zülal, probiotik və faydalı karbohidratların balansını saxlayan gözəl məhsuldur. Probiotiklər özü özlüyündə bağırsağın sağlamlığını möhkəmləndirən “yaxşı” bakteriyalardır.
Səhərlər banan yemək orqanizm üçün çox faydalıdır. Yüksək dərəcədə yağ və zülal tərkibi ilə seçilən bananın səhər-səhər yeyilməsi həzm orqanlarının gündəlik işini təmin edir. Meyvənin tərkibində probiotiklər, vitaminlər, minerallar və antioksidantlar var. Banan uzunmüddətli toxluq hissi yaradır.
Davamı →

Kərə yağında yumurta

Yumurtanın nə qədər faydalı qida olduğunu bilirik. Mütəxəssislər hər gün səhər yeməyində 1 yumurta yeməyi vacib hesab edir. Amma yumurtanı bu cür bişirib yesəniz, həm sağlam olar, həm də doyumlu, sizi uzun müddət tox tutar. Ona görə də oruc tutanlara bu yeməyi imsakda yemək tövsiyə olunur.

Ərzaqlar:
2 ədəd yumurta
1/2 yemək qaşığı kərə yağı
1/2 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı qırmızı pulbibər
1 çay qaşığı quru nanə
Duz

Hazırlanması:
Yumurtaları yuyub, kiçik dərin qazanda 7-10 dəqiqə qaynadın. Qaynatdığınız yumurtaların qabıqlarını soyduqdan sonra uzununa iki yerə bölün.
Davamı →

Ən yaxşı səhər yeməyi

Diyetoqlar və həkimlərin ümumi fikrinə görə, ən faydalı səhər yeməyi yulaf yarması sıyığıdır. Hər səhər 1 boşqab yulaf yarması sıyığını yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər. Bu sıyığı faydalı və müalicəvi xüsusiyyətləri arasında:

— qanda xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun əmələ gəlməsinin qarşısını alır. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun əsas səbəbi sayılır.

— stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir.

— tez toxluq hissi yaradır. Sübut olunub ki, səhər yeməyi zamanı yulaf yarması sıyığını yeyən insan nahar zamanı daha az yemək yeyir. Bu isə arıqlamağa kömək edir.
Davamı →

İdeal səhər yeməyi

Bir çox diyetoloqlar səhər yeməyi nahar və şam yeməyindən daha vacib hesab edir. Yuxu zamanı qanda şəkərin səviyyəsi aşağı düşür və enerji azalır. Bu səbəbdən səhər orqanizmin enerji balansını normaya salmaq lazımdır. Məhz buna görə səhər yeməyi yeyən insanlar daha fəal olur. Səhər yeməyi bədən çəkisini normada saxlamağa kömək edir. Sübut olunub ki, səhər yeməyi yeyən insanlar səhər yeməyindən imtina edənlərlə müqayisədə gün ərzində daha az yeyir. Həkimlərin fikirinə görə səhər yeməyi piyləmə, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, o cümlədən infarkt və insultun qarşısını alır, beyinin fəaliyyətini stimullaşdırır, əlavə enerji verir.

Diyetoloqların fikirinə görə, ideal səhər yeməyi bu kimi məhsullardan ibarət olmalıdır:
— taxıllar (sıyıqlar, çörək)
— meyvə və tərəvəzlər
— süd məhsulları
— yumurta.
Davamı →

Səhər yeməyinin faydalarına dair 7 elmi fakt

Səhər yeməyinin faydasına dair mütəxəssislərdən, ailəmiz və çevrəmizdəki hər kəsdən çox şey eşidirik, lakin yenə də qulaq ardına vururuq. Səhər yeməyi sadəcə fizioloji deyil, psixoloji sağlamlığımızı da qoruyur, zehnimiz və yaddaşımızı inkişaf etdirir. Səhər yeməyinin həyatımızdakı mühüm rolunu əks etdirən 7 elmi faktı aşağıdakılardır: Səhər yeməyinin önəmli olduğunu tez-tez eşidirik. Analarımız, çevrəmizdəki hər kəs bunu israrla xatırladır. Lakin yenə də bir çoxumuz yuxudan oyanan zaman məktəbə, işə gecikməmək üçün səhər yeməyinin üzərindən keçirik. Hansı ki, pomidor, pendir kimi qidalarla mütəmadi olaraq edilən səhər yeməyi fizioloji, psixoloji və zehni olaraq bizi daha sağlam qalmağımıza kömək edir.

Səhər yeməyi piylənmə və şəkər xəstəliyinə tutulma riskini azaldır. 45-82 yaş arasında olan 27 minə yaxın insan arasında 16 il aparılan təcrübə nəticəsində məlum olub ki, səhər yeməyini mütəmadi yeyən insanlarda piylənmə nisbəti digərlərindən aşağıdır. Səhər yeməyi yeni əldə etdiyiniz biliklərin yaddaşınızda daha yaxşı və uzunmüddətli qalmasını təmin edir. 13-20 yaş arası 319 şagird və tələbə arasında aparılar təcrübə göstərib ki, nizamlı və düzgün səhər yeməyi yeyənlərin yaddaşları inkişaf edir və səhər yeməyi yeməyənlərdən daha qüvvətli olur. Səhər yeməyi gün boyu enerjinizin qorunmasına kömək edir. Səhər yeməyini yeyənlər gün boyu özlərini daha az yorğun hiss edirlər. Ruh halınızı inkişaf etdirərək xoşbəxt olmağınızı təmin edər.

Səhər yeməyi insanın stersli anlarının öhdəsindən asanlıqla gələ bilməsinə kömək olur. Səhər yeməyi bədəninizin ehtiyacı olan qidaları depolaya bilir. Araşdırmalar sübut edib ki, hər gün səhər yeməyi yeyən insanların bədəni, sümük sağlamlığını qoruyan kalsium və insanı daha uzun zaman tox tutan lif kimi elementləri daha çox depolaya bilir. Səhər yeməyi arıqlamağınıza da kömək edər. 17 min insan üzərində aparılan təcrübə göstərib ki, səhər yeməyindən imtina etməyənlər daha tez arıqlayırlar. “Az, amma tez-tez” qaydasına əsasən yeyilən yeməklər də əldə edilən nəticəyə təsir edir. Səhər yeməyi konsentrasiyanızı inkişaf etdirir. Səhər yeməyinin enerji verməsi və yaddaşı gücləndirdiyi bəllidir. Yatan zaman beyinin xərclədiyi və ehtiyac duyduğu enerji və qlükoza kimi təməl qaynaqlar səhər yeməyindən alınır. Mənbə:lent.az/Ümidə QƏHRƏMAN
Davamı →

Varenik

Ərzaqlar:
— kəsmik- 200 qr,
— şəkər tozu- 2 xörək qaşığı,
— yumurta- 1 dənə,
— un- 4 xörək qaşığı,
— duz (zövqə görə).

Hazırlanması:
1. Kəsmiyi yumurta, şəkər tozu, un və duzla yaxşı qarışdırın. (Unu ələmək lazımdır.)

2. Masanın üzərinə bir qədər un səpin, xəmiri uzun kolbasa şəklində yayın və sonra 1 sm-li hissəciklərə kəsin.

3. Qazanda su qaynadın, bir qədər duz əlavə edin və varenikləri qazana tökün.

4. Vareniklər suyun üzərinə çıxdıqda onları bir neçə dəqiqə ərzində bişirin və sonra çömçə ilə enli qaba yığın.

5. Varenikləri xama və ya mürəbbə ilə yemək olar.

Nuş olsun!


Davamı →

Uşaqlar səhər yeməyində nə yeməlidirlər?

Səhər yeməyini yeyən şagirdlər dərsləri daha yaxşı qavrayırlar
Səhv və ya normadan az qidalanmanın zəifliyə, yaxud köklüyə, diş çürükləri, qan azlığı, yod çatışmazlıqlarına səbəb olduğundan çoxumuz xəbərdarıq.

Uşaqların çoxu səhər yuxudan oyanmaq istəmirlər, süfrə arxasında da aclıq hiss etmədiklərini deyirlər. Bəzən hazır yeməyin, ya da uşağın sevdiyi yeməklərin süfrədə olmaması da onların iştahına təsir edir. Ancaq səhər yeməyi gecə aclığından sonra bədənin yenidən enerji yığması üçün çox vacibdir.

Gecə aclığından sonra səhər yeməyini yeməmək qan şəkərinin düşməsinə və bununla bağlı çox şəkərli, yağlı qidalar yemək arzusunun yaranmasına, öyrənmə və konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur.

Səhər yeməyi qan şəkəri kimi bilinən qlükoza üçün qaynaq rolunu oynayır. Qlükoza beyin üçün ən vacib və yeganə enerji qaynağıdır. Beynin funksiyalarını normal yerinə yetirməsi üçün yüksək miqdarda qlükozaya ehtiyacı var.

Araşdırmalar göstərir ki, səhər yeməyini yeyən şagirdlərin konsentrasiya və öyrənmə qabiliyyətləri digərlərinə nisbətdə daha yaxşıdır. Ümumiyyətlə, səhər yeməyini yeyən insanların gün ərzində işgüzarlıqlarının daha yüksək olması təsbit olunub.


Ardı →