Səhralar

Bəziləri səhvən elə güman edirlər ki, səhralarda qumdan başqa heç nə olmur. Amma bu, düzgün deyil. Səhralarda qum çox olsa da, onların hər birinin özünəməxsus xüsusiyyəti var.

Saxara səhrası


Davamı →

Torpağın duzu

Dostumun valideynləri 1997-ci ildə Mərkəzi Avropanı “yıxan” milenium fəlakətindən cəmi iki həftə sonra evləniblər və anası xatırlayır ki, o evlənəndə kilsənin içi, haradasa, bir metr su ilə örtülü idi. Demək olar ki, hər il yaz yağışları ilə canlanan Dünyanın bir çox çayları bəzən hədlərini aşır, suyun səviyyəsi qalxır və öz yataqlarından çıxıb başqa çay yataqlarına girir.
Ancaq buna baxmayaraq, planetimiz qurumağa, suyunu itirməyə davam edir, çünki bu, balanslaşmış şəkildə baş vermir. Bəzi fərziyyələrə görə dünyanın iqlim qurşaqları cənubdan şimala doğru hərəkət edir, bu da indi isti yağışları ilə yadda qalan ekvatorial cəngəlliklərin subtropik və tropikə çevrilməsi, eyni zamanda şimala getdikcə quraq iqlimin ekvatorialla əvəzlənməsi, mülayim qurşağın qütblərə yayılması deməkdir. Bu proses ilk baxışdan sadə görünsə də, əslində bir o qədər də bəsit deyil. Gələcəkdə çox ciddi problemlər yaradacaq, həm aclığa, həm də su müharibələrinə gətirib çıxaracaq səhralaşma prosesinin başlanğıcı da sayıla bilər bütün bunlar.

Davamı →

Ruslan Mollayev " Sən bir səhra gözəlisən! "

Sən bir səhra gözəlisən!
Ayaqların bir qarış havada
yellənərək, boşluqlarda yeriyib yaşayırsan.
Kötüyündən çıxan tikan kollarının,
gözlərinin qarşısında sürüşməsi,
dodaqların kimi qurumuş torpağın
çatlamasına baxmaq,
ən sevimli məşğuliyətindir.

Düşündüyüm kimi yaşayırsan.
Azadlığın məndədir
səhra gözəli!

Səhranın tən ortasında,
ayağın ayağının üstündə,
oturub,
nə üçün elə diqqətlə baxırsan mənə?
Yoxsa fikrin dağlardadır?

Yox!
Mən bir səhra gözəliyəm!
Düzənliklər dağdır mənə,
kürələrin zirvəsiyəm...
Məndə gəzib azmağına,
həqiqəti axtarmağına
oturub tamaşa edirəm.

Sən bir səhra gözəlisən!
Kölgən saatı bildirir.
Düşünürdüm əsirimsən,
saatlardı əsirinəm.
Əlim qolum havadadır,
ayaqlar toz içindədir.
Başına fırlanmaqdan,
dəyirmana çevrilirəm.
Keçirdəcəm dəyirmandan
bütün səhra qumlarını,
Dağ düzəldib, yüksələcəm
Sənə göydən baxmaq üçün...
Sənə torpaq lazım deyil,
nə də üstünü örtən göy.
Sənə məndən divar lazım,
yorularkən dayanmağa,
Səhralara sular lazım,
öpüşümdən oyanmağa...


Davamı →

Səhrada yaradılan gözəllik

Huakaçina (Huacachina) — Perunun cənub-qərbindəki İka bölgəsində olan bir oazisdir. İka mahalı sərhədləri içindədir və əhalisi 115 nəfərdir.

Huakaçina səhrada kiçik təbii göl ətrafında qurulmuş və bu göl sayəsində həyatda qalan gözəl bir kənd olmasıyla yanaşı şirin görünüşüylə də özünə  turist cəlb etməkdədir.

Oazis Perunun milli pul vahidi 50 solun arxa hissəsində də təsvir edilmişdir.

İstirahət etmək istəyənlərçün bu oazis tövsiyyə olunacaq ən gözəl məkanlardan biri.


Davamı →

Səhra gəmiləri

Dəvə dedikdə beynimizdə müdriklik, müqəddəslik, qəribəlik  və möcüzə kimi müxtəlif anlayışlar haqqında minlərlə rəngarəng təəssürat canlanır. Özünəməxsus xüsusiyyətləri ilə bütün heyvanlardan fərqlənən və “səhra gəmiləri” də adlanan dəvələr bizim üçün ekzotik görünüşlü, maraqlı bir heyvan olduğu halda, bəzi ölkələrdə nəqliyyat növü, qida mənbəyi kimi insan həyatının əsas bir hissəsini təşkil edir. İri cüssəli olmasına baxmayaraq,  həssas və tabe olmağı bacaran dəvə onun kimi çöldə yaşayan heyvanlardan çox fərqlənir. Xarici görkəmi nahamar, iri, boynu əyri, ayaqları uzun olmasına baxmayaraq, “səhra gözəlləri” yumşaq, həlim və hamıya qarşı lütfkardır. İri gözləri olan dəvələrin baxışları isə bəlkə də dünyanın ən mərhəmətli və mehriban baxışlarıdır…
Davamı →

Səhraların dünya üçün vacibliyi

Alimləri qeyri-adi faktla üzləşiblər.
Aparılan tədqiqatlardan məlum olub ki,  səhralar karbon qazını udur.

Tətqiqatın nəticələri “Nature Climate Change Letter” jurnalında dərc olunub.
Mohava səhrasını araşdıran alimlər səhraların ekosistem üçün və ümumilikdə dünya üçün nə dərəcədə vacib olduğunu sübut ediblər.

Düzdür, səhra havada olan bütün karbon qazını uda bilməz, amma havanın müəyyən hissəsini təmizləyir. Qeyd edək ki, dünyanın ən böyük səhrası Afrikadadır.


Davamı →

Səhradan su toplanır



Bu məkan dünyanın quraqlıq yerlərindən biridir.Meteoroloqların dediklərinə görə, bu yerdə indiyədək əsla yağış yağmayıb.
Amma alimlər dünyanın ən quru yerlərindən birini insan üçün su verməyə vadar ediblər.

Çilinin Atakama səhrasında havadakı rütubət xüsusi torlar vasitəsilə suya çevrilir və çəlləklərə yığılır.
Təmiz, içməli olan bu sudan sonradan yerli kənd sakinləri yararlanırlar. 
Habelə, alimlər bu sudan aloe-vera plantasiyasını suvarmaq üçün istifadə edirlər
Tanınmış britaniyalı fotoqraf Neyl Holl Atakamaya yollanaraq metodun gerçəkləşdirildiyi prosesi çəkib.

Polipropilen torların havadakı suyu toplamaq üçün çox effektiv olduğu bildirilir.
Alto Pataç Elmi-Tədqiqat Mərkəzi və Universidad Catolica-nın alimlərinin birgə eksperimenti uğurlu nəticə verib. Halbuki Çili və Peru ərazisində olan Atakama səhrası o qədər quraqlıq yerdədir ki, oradakı 6885 metr yüksəklikdəki dağda belə, buzlaqlar yoxdur.

Xuan Olqin Kabesas və Uqo Striter səhradakı Çanaral kəndində havadakı rütubəti toplamaqla içməli su ilə təmin edirlər.

Çilinin ştmalında, İkike yaxınlığındakı Alto Pataç bölgəsində bu minvalla bağların da salınmasına başlanıb.

Rütubəti toplayan torların istehsalçısı FogQuest qeyri-kommersiya təşkilatıdır. Təşkilat mənsublarının dediklərinə görə, hər 1 kubmetr havada 0,05-0,5 qram su var.

FogQuest hazırda Peru, Ekvador, Qvatemala, Kabo-Verde, Eritreya, Cənubi Afrika, Yəmən, Oman, Efiopiya, İsrail və Nepalda layihələri reallaşdırır.

mənbə: radaronline.com
Davamı →