Azərbaycan XI əsrin ortaları-XIII əsrin əvvəllərində

Tariximizdə oğuz-səlcuq dövrü

XI əsrin ortalarında Yaxın və Orta Şərqin siyasi xəritəsində və Cənubi Qafqazın sosial-iqtisadi və siyasi həyatında böyük dəyişiklik dövrü başladı. Bu dövr Azərbaycan türklərinin də mənsub olduğu Oğuz boylarından biri olan Səlcuqların adı ilə bağlıdır. Məşhur türk sərkərdəsi Səlcuq oğuz boylarından olan qınıq tayfasının başçısı olmuşdur. Oğuz-Səlcuq türkləri Mərkəzi Asiyada Sırdərya çayı ətrafındakı torpaqlarda yaşayırdılar və Oğuz dövlətində hərbi rəis vəzifəsini daşıyan Səlcuqla bağlı boylar X əsrdə islam dinini qəbul etmişdilər. Səlcuqun nəvəsi Toğrul bəy qardaşı Çağrı bəyi 1021-ci ildə müsəlman və türk dünyası üçün əsas təhlükə olan Bizans üzərinə yürüşə göndərmişdi.


Davamı →

Azərbaycanın Qarabağ regionu 9-14 - cü yüzilliklərdə

705-ci ildə Xilafət Albaniyanın paytaxtı Bərdəyə öz canişinlərini təyin edib, ölkənin idarəçiliyini ona tapşırdı. Bərdə Xilafətin şimaldakı mərkəzinə çevrildi.
Albaniya görkəmli Azərbaycan sərkərdəsi, Albaniyanın dövlət başçısı Cavanşirin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamışdır. Xilafətə vergi verməklə 8-ci yüzilliyin əvvəllərinədək Albaniya yerli hökmdarlar tərəfindən idarə olunmuşdur. Cavanşirin ölümündən sonra isə Albaniyada dövlətçilik və siyasi hakimiyyət zəifləmişdir.
Davamı →

Böyük Səlcuq imperiyası

XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.


Ardı →

Səlcuq dövləti

Səlcuq türkləri oğuzların Qınıq boyuna mənsub olmuşdular.Bu boya mənsub olan Dukak bəy Oğuz dövlətinin subaşısı olmuşdur. Dukak bəyin oğlu Səlcuq da bir müddəti Oğuz dövlətində subaşı olmuşdur.Lakin Oğuz yabqusu ilə münasibətlərin pozulmasından sonra Səlcuq bəy Cənt şəhərinə gələrək islam dinini qəbul etdi.Səlcuqun soyundan gələn Çağrı və Toğrul qardaşları Qəz-nəvilər dövləti ilə mübarizə aparırdılar.1038-ci ildə Qəznəvilərin məğlub edilməsindən sonra paytaxtı Nişapur şəhəri olan Səlcuq dövləti yarandı.
1040- cı il Dəndənəkan qələbəsi səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu. Xorasana yiyələnən səlcuqlar üçün İran və İraqa gedən yol açıldı.


Ardı →

Səlcuqlar. Səlcuq imperiyası.

Səlcuqlar. Səlcuq dövlətinin yaranması. Klassik feodalizmə keçid dövründə — XI əsrin ortalarında qüdrətli bir türk dövlətinin — Böyük Səlcuq imperiyasının əsası qoyuldu. Yaxın və Orta Şərq tarixində baş verən bu mühüm hadisə səlcuq türklərinin adı ilə bağlı idi. Səlcuqlar oğuzların üç ox qolunun Qınıq boyundan idilər. Qmıq boyu Dukak bəyin oğlu Səlcuqun adı ilə adlandırılmışdı. Oğuz dövlətində Dukak bəy subaşı (dəstə başçısı, dinclik dövründə şəhər və qalaları mühafizə edən dəstənin rəisi) idi. Dukak «Dəmir yaylı» ləqəbi daşıyırdı. Ondan sonra oğlu Səlcuq subaşı təyin edildi.


Ardı →

Azərbaycan dövlətçiliyinin bərpası

IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı.
Şirvanşahlar dövləti (861-1538).
Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıya köçürdü.
X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu. 1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi.
Səlcuq imperatorluğu (1038-1157)
Səlcuqlar oğuz boyu olmuşlar. Səlcuq bəy dəstə başçısı olmuş, onun nəvəsi Toğrul, qəznəvilərlə mübarizə aparmışdır. O, Xorasana girərək Səlcuq dövlətini elan etdi. Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinədək uzanırdı. Paytaxt Nişapur şəhəri idi.
Səlcuqlar 1040-ci ildə qəznəviləri məğlub etdilər və Toğrul sultan elan edildi. 1055-ci ildə o, Bağdadı tutdu. I Toğruldan sonra Alp Arslan (1063-1072) hakimiyyətə gəldi. Məqsədi Anadoluya girmək idi. Bizans qoşunlarını məğlub edərək Anadolunu türk torpağına çevirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı. Alp Arslandan sonra Məlik şah Konya, Ankara, Urfa, Qüds və Suriyanı (1072-1092) ələ keçirdi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı.
Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.1192-ci ildə Şamaxıda zəlzələ baş verdi və paytaxt Bakıya köçürüldü.
Sacilər dövləti (879-941).
Bu dövlətin əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci  ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.
Salarilər dövləti (941-981). Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Paytaxt yenə Ərdəbil şəhəri idi.
Rəvvadilər dövləti (981-1054). Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü.
Qəznəvi dövləti (962-1187) əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi.Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı.
XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.
Şəddadilər dövləti (971-1086) Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı.
Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.
Atabəylər (Eldənizlər) dövləti.
Böyük Səlcuq imperatorluğu parçalandıqdan sonra onun bir hissəsində İraq-Səlcuq Sultanlığı yarandı. Ərazilərində yeni yaranan dövlətlərdən biri də Atabəylər dövləti oldu.
Dövlətin banisi Şəmsəddin Eldəniz olmuşdur. O, II Toğrulun oğlu Arslan şahın «atabəyi» təyin edilmişdir. 1136-cı ildə aran hakimi təyin edilən Şəmsəddin Eldənizlər Atabəylər dövlətinin əsasını qoymuşlar. Şəmsəddin Eldəniz II Toğrulun ölümündən sonra onun dul qadını Möminə xatunla evlənmişdir. O, 1160-cı ildə oğulluğu Arslan şahı sultan elan etdirdi, özü də Səlcuq sarayında Böyük Atabəy titulunu aldı. Beləliklə, İraq Səlcuq sultanlığı Atabəylərin hakimiyyəti altına düşdü. Sonra Şirvanşahlar və Ermənistan da ondan asılı vəziyyətdə oldular.
XII əsrin axırlarında dövlətin daxilində çəkişmələr baş verməyə başladı. Hakimiyyətə gələn (1210-1225) Özbəyin vaxtında Atabəylər dövləti zəifləməyə başladı.
 
Müəllif R.F.Sadıqov
Mənbə Bunu hər bir Azəri Türkü bilməlidir kitabı
Davamı →