Kompüter qabağında əyləşənlər üçün qidalanma

Kompüter qabağında uzun müddət əyləşən hər kəs bilməlidir ki, diqqətini informasiya ilə zəngin kompüterə yönəltmək beyninizin iş fəaliyyətini dəfələrlə artırır. Siz az şey oxusanız belə gözünüzün qabağından keçən bütün informasiyaları beyniniz qəbul edir. Sadəcə həmin informasiyalar sizi maraqlandırmadığı üçün vizual informasiya halına keçmir. Lakin sizi hipnoz halına salsalar, göz önündən keçən informasiya barədə məlumatları verəcəksiniz.

Davamı →

Zəncəfilin koronavirusa təsiri varmı?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev zəncəfilin koronavirusa qarşı müsbət təsirinin olması məsələsinə aydınlıq gətirib. O açıqlamasında bildirib ki, nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur.
C.İsayev qeyd edib ki, adlarını sadaladığı məhsullar sadəcə insan orqanizminin immun sisteminin güclənməsinə kömək edir:

Davamı →

Sağlamlıq üçün ən təhlükəli içki hansıdır

Sağlamlıq üçün ən təhlükəli spirtli içki pivədir.Bu barədə rusiyalı narkoloq, tibb elmləri namizədi Danil Pokrovski «Veçernıy Moskva”ya bildirib.O, bu içkinin qadağan edilməsinə çağırıb.»Spirt pivənin ən az zərərli tərkib hissəsidir. Pivəyə köpük, rəng, dad xüsusiyyətlərini verən başqa kiçik komponentlər insan sağlamlığı üçün olduqca zərərli birləşmələrdir”, — deyə həkim bildirib.
Davamı →

İbn Sinadan sağlamlıq haqqında qiymətli tövsiyələr

Buxara əmiri İbn Sinanı 16 yaşında onu müalicə etməyə dəvət edir. Və o vaxtdan bəri İbn Sina bir çox Şərq hökmdarlarının şəxsi həkimi olub. Təəccüblü deyil ki, müasirləri onu «həkimlərin şahzadəsi» adlandırır. İbn Sina özü tərcümeyi-halında tibbə gedən yolu belə təsvir edirdi: «Tibbi öyrənməyə başlayanda təcrübələrimi xəstələrin müalicə prosesi ilə doldurdum. Müşahidələrim mənə kitablarda tapılmayan bir çox müalicə üsulunu öyrətdi».
İbn Sina özündən sonrakı nəsillərə tibb mövzusunda bir çox kitab miras qoyub. Onun «Tibb Qanunu» əsəri müqəddəs kitablardan sonra ikinci ən çox nəşr edilən dərslik olub və 600 il ərzində həkimlərə xidmət edib. İbn Sinanın 1000 il əvvəl yazılmış sağlam həyat tərzinə dair tövsiyələri 21-ci əsrdə də aktualdır.
Orta əsr mütəfəkkiri, həkim Əbu Əli ibn Sinanın sağlamlıq haqqında söylədiyi bəzi sitatları ilə tanış edir.
Davamı →

Yaponların qidalanma sistemi

Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3%-i artıq çəkidən əziyyət çəkir.

Bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o «Fırfıra» (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.
Davamı →

Nişinin 6 qaydası

Кацудзо НишиCansağlığı ilə bağlı 70.000 ədəbiyyat oxuyan görkəmli yapon alimi Katsudzo Nişi bunlardan yalnız 362-sini məqbul sayaraq, 6 Qaydadan ibarət olan öz dahiyanə Sağlamlıq Sistemini yaratmışdır. Özündə qaçışı (qaçmadan), masajı (masaj etmədən), həm də Yoq sistemini birləşdirən bu qaydalara gündə iki dəfə (səhər-axşam) əməl edən və düzgün qidalanan hər kəs bütün xəstəliklərdən,həmçinin, “əsrin bəlası” kimi çox bədheybət ad qazanmış xərçəngdən ömürünün sonunadək ehtiyat etmiyə bilər.

BİRİNCİ QAYDA: düz və bərk yataq
Sağlam olmaq və uzun ömr sürmək istəyən hər kəsin çarpayısı o dərəcədə düz və bərk olmalıdır ki, onu incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmahdır ki, üşüməyəsiniz. Yataqda arxası üstə və düz uzanmağa nail olun. Təbiidir ki, uzun illərin pis vərdişindən yaxa qurtarmaq asan olmayacaq. Bir müddət əzab çəkəcəksiniz: yuxunuz qaçacaq, dərhal yan üstə çönməyə cəhd göstərəcəksiniz.
Davamı →

Beli düz saxlamaq ziyanlıdır

Masanın arxasında əyləşəndə insanların əksəriyyəti özündən asılı olmayaraq belini əyir. Uşaqlıqdan biz eşidirik ki, belə oturmaq ziyanlıdır, bu onurğanı korlayır və s. İllər keçir və biz artıq öz uşaqlarımıza «Oturanda belini düz tut!», «Oturanda əyilmə!» kimi əmrləri verməyə başlayırıq.

Oturanda beli düz saxlamaq ən vacib sağlamlıq qanunlarından biri kimi beynimizdə həkk olunub. Lakin Avstraliya alimlərinin son araşdırması bu yazılmayan qanunu şübhə altına alıb. Belə ki, Kvinslend Universiteti alimlərinin araşdırması göstərib ki, oturanda beli düz saxlamaq… ziyanlıdır.
Davamı →

Sağlamlığa ziyan vuran geyimlər

Mütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.

Belə ziyanlı paltarların arasında:

- Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.

- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.

— Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar geyinir. Deyirlər «gözəllik qurban tələb edir». Lakin bu halda qadın öz sağlamlığını qurban verir — daxili orqanların qan dövranı kəskin şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski artır.


Ardı →

Sağlam yaşamağın yolları

-Hər gün bir diş sarımsaq yeyin.

Sarımsaq  orqanizimdəki xəstəliyə  səbəb ola biləcək  maddələri demək olar ki, yarıbayarı (48%) azaldır. Bundan başqa, sarımsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.

-İdmanla məşqul olun

Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.

-Kəpəkli məhsullar xərçəngdən qoruyur.

Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

-Meyvə tərəvəzi süfrənizdən əskik etməyin.

Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.


Ardı →

Ürəyinizi qorumaq üçün bunu edin

Xoşbəxtliyin həddi insan səhhətinə psixi sağlamlıqdan daha çox təsir göstərir. Xoşbəxtlik insanın ürək xəstəliklərinə yoluxmaq riskini azaldır.Xoşbəxtliyin həddi insan səhhətinə psixi sağlamlıqdan daha çox təsir göstərir. Xoşbəxtlik insanın ürək xəstəliklərinə yoluxmaq riskini azaldır Digər saytların birinin  məlumatına görə, Con Hopkins Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, həyat sevgisi olan insanlar daha az halda koronar xəstəliklərə yoluxur və nadir hallarda ürək çatışmazlığından vəfat edirlər. Əldə olunan məlumatlar daha əvvəl aparılmış araşdırmalara əlavə olub. Bundan əvvəl aparılmış araşdırmalar depressiv və narahat fərdlərin ürək tutmalarına daha çox meylli olduqlarını, həmin xəstəliklərin çox vaxt ölümcül nəticə verdiyini aşkar etmişdi.
Ardı →