Bədən quruluşunuz nə qədər zərifdir?

Əlbəttə, bədən quruluşunu  müəyyən təlimatlara uyğun tərbiyə etmək mümkün deyil, amma həkimlər vücudunuzun gözəl görünməsi üçün test hazırlayıblar. Testdən keçin və sağlamlığınız barədə dəqiq məlumat əldə edin.

Şam yeməyində nə yeyirsiniz?
A. Mən şam yeməyi yemirəm.
B. Yemək yeməzdən əvvəl sodalı su içirəm.
C. Ilk növbədə zeytun yağı ilə hazırlanmış salatdan başlayıram.
Cavab: C. Yemək yeməzdən əvvəl cüzi miqdarda da olsa, yağ qəbul etmək (zeytun yağı lap əla olar!) həzm prosesini asanlaşdırır. Bu halda Siz tez bir müddətdə doyduğunuzu və uzun müddət tox olacağınızı hiss edəcəksiniz.


Ardı →

Qarnımızın qullarıyıq.

Belə bir məsəl var:“Yarmqarın yeyin ki, sağlam olasınız.”


Bəzən  insan o qədər yeyib-içir ki, sonra tərpənməyə halı da olmur. Qarın köpür, nəfəs almaq mümkün deyil. Bu yerdə də deyirlər ki, “qarın doyur göz doymur”.


Görəsən, bu qədər  yemək doğrudurmu? Görəsən insan nə üçün fasilə vermədən mədəni bu qədər yükləyir?

Ardı →

Dönər qurbanı..

Mən dönəri çox sevirəm! Əl-əxsus da ağ-yumşaq xəmirlə dolanmış olan şavermadan (şaurma) ötrü canım gedir.  Onun xüsusi souzu da var ki, bunu daha çox bəyənirəm.



Amma, dönər sevməyimə baxmayaraq çox zaman bundan imtina etməli oluram. Səbəb isə sağlamlıq dərdi, xəstəlik, natəmizlik – bunlar məni dönər almaqdan çəkindirir. Ümumiyyətlə, dönərin xeyri yoxdur ki, ziyanı var!


Bəzi yerləri çıxmaq şərtilə, bir çox dönər hazırlanan yerlərə, əllərə güvənim yoxdur.  Yer necə yerdir, təmizliyə riayət olunurmu, tərəvəzlər yuyulurmu, ət hardan gəlib, hacanın ətidir, o ətin bişmə dərəcəsi və neçə saat saxlanma müddəti var ki, bu müddət heç bir gün belə deyil - bunlara riayət olunurmu?!


Ardı →