Neynirdim bu ömrü | Salam Sarvan

Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün
Bir göz qırpımınca ömür verəydin
o da ki gözümü qapamaq üçün.

Mən ki günün gecə gözətçisiydim,
niyə basdı yuxu, noldu yatdım?
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə 
nə filmə, nə də ki həyata baxaq. 
Deyirlər saatda yaxşı vaxt gedir
gəl gedək oturub saata baxaq...
Davamı →

Başımda o qaradərili qızın sevdası | Salam Sarvan

Alo!
Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,
öz şəhərimizdə gördüyümüz qızları sevdik.
Bəlkə də mənim əsl sevgim
Məsələn, uzaq Afrikadakı qaradərili qız idi. 

Mən o qızı düşündükcə indi ahıl yaşımda,
utanıram evimdə öz həyat yoldaşımdan. 

Bəlkə o qaradərili qız da ovucunu yağışlara,
üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:
“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –
nədən uzaq saldın iki sevgilini?” 


Ardı →

Qaçqınkom.kom

Xalqa satlıq pişiyini sırımaq istəyirsənsə, əvvəlcə ona havayı siçan ver.
Murovdağda satılan torpaqlar deyirdi ki, torpaq – əgər uğrunda ölən varsa vətəndir… Sulutəpədə satılan torpaqlar deyirdi ki, torpaq – əgər üstündə yaşayan varsa vətəndir...
 İmişlidə məskunlaşan qaçqın Arus deyinirdi:
 – Bu hökumət mənim nəyimnən gördü belə? Başqalarını ağ çadıra, qızılı çadıra ötürdü, məni qara çadıra.
 Qaçqın Nəbi ölüm ayağında götürdü prezidentə məktub yazdı ki, onu öz torpaqlarına qaytarsın, oralarda qəbir yeri havayıdı...
 O vaxt ki, Azərbaycanda Sevinc də vardı, Bəxt də, Ümid də – hamısı da loto şəklində…
Ardı →

Salam Sarvanın şeirləri

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.


Ardı →

“A” böyük “a” balaca silsiləsindən | Salam Sarvan

A

Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..

hansı daha çox faşistdi, qardaş-
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?!-
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.


Ardı →

Notasiya | Salam Sarvan

NOTASIYA

Mümkünsə, bu silsilədəki şeirləri oxuyarkən qabağınızda şahmat taxtası da olsun. Oradakı gedişləri taxta üzərində təkrar eləsəniz, maraqlı bir kombinasiyanın şahidi ola bilərsiniz. Şəxsən mən həmin kombinasiyanı bu silsilədəki şeirlərin kombinasıyasıyla tutuşdurdum və gördüm ki…

e2 — e4

Bir də baxıb gördün ki,
sənin bu boyda dünyada
40 yaşdan savayı heç nəyin yoxmuş.


Ardı →

Sıxıntılar silsiləsi | Salam Sarvan

VƏZİYYƏT

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA! 

YAŞAYIŞ

Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.


Ardı →