Saflaşdıran kəlamlar

Məhəmməd Peyğəmbər (s.ə.s):
Sevimli Peyğəmbərimizə (s.ə.s) belə sualla müraciət edirlər: «Ya Rəsulullah! Kahinlər bizə bəzi şeyləri söyləyirlər ki,onların dedikləri doğru çıxır». Məhəmməd Peyğəmbər (s.ə.s): «Bu,doğru olan kəlmələrdir ki,cinlər oğrun-oğrun qulaq asaraq,bu kəlmələri oğurlayaraq öz dostlarının,yəni,sehirbazların,falçıların,kahinlərin qulağına sözlərə 100yalan əlavə edərək pıçıldayarlar… Kim düşər düşməzliyi,nəhs gətirməyi və s. sınasa,kim baxıcılıq etsə,yaxud sehirbaza müraciət etsə bizdən deyil! Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə,Məhəmmədə nazil olanı inkar etmiş olur».
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirin sehrbazları

Fironlar ölkəsi olan Qədim Misir dünya tarixinin ən qədim sivilizasiya ocaqlanndan biridir. Quldarlıq dövləti olan Qədim Misir eyni zamanda dünya tarixinə ən qəddar sivilizasiyalardan biri kimi düşüb. Qədim Misirin günümüzə qədər gəlib çatan abidələri — piramidalar, sfinkslər, ehramlar və s.-yüz minlərlə kölənin illər uzunu zorla işlədilməsi nəticəsində inşa edilmişdi. Misirin mütləq hakimləri olan fironlar özlərini Allah kimi təqdim etmiş və təbəələrini onlara tapınmasını istəmişdi.
Qədim Misir haqqında əsas bilgi qaynaqlarını biri və birincisi, əlbəttə ki, Qədim Misir yazılarıdır. XIX əsrdə tapılan bu yazılar uzun çalışmalardan sonra Misir əlifbasının sirrinin açılması nəticəsində oxunmuş və Qədim Misir haqqında xeyli bilgi vermişdi. Amma bu yazılar Misirin rəsmi mirzələri tərəfindən yazıldığı üçün əsasən fironların şəninə təriflə doludur. Qədim M-sir haqqında ən dolğun bilgi qaynağı isə əlbəttə ki, Qurani-Kərimdir.
Ardı →