Sergey Dovlatovdan 10 sitat

Biri kişi ucun ən boyuk faciə onun xaraktersizliyi ola bilər.Biz bütün günü yoldaş Stalini söyürük. Amma bir nəfər də çıxıb soruşmur ki, bu dörd milyon donosu yazan kim idi?

İnsanların çoxu onları az narahat edən problemlərin həllinin mümkünsüz olduğunu düşünür.

Həyatda bilirsən əsas nədir? Əsas odur ki, həyat bir dəfə olur. Bir dəqiqə keçir və son! Başqası olmayacaq...

“Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram.

Məncə, sevginin ölçüsü yoxdur. O ya var, ya da yoxdur.


Ardı →

Sergey Dovlatovun qeydləri

Sergey DovlatovSovet filmlərində çoxlu səs-küyün olduğuna fikir vermişdim. Radio bağırır, nəqliyyat danqıldıyır, uşaqlar ağlaşır, itlər hürür, sərçələr də cikkildəyirlər. Qəhrəmanların danışıqları yaxşı eşidilmir. Səs-küyə olan çox qəribə meyil var. 

Buna oxşar bir hissi mən Braytonun restoranlarında da hiss etmişəm. Səs-küy harada lap çoxdur, camaat da orada toplaşır. Bəlkə, səs-küydə heç kim olmaq daha asandır? 

Hessenin Dostoyevski haqqında mülahizələri. 
Hesse hesab edir ki, bütün qaranlıq, şüursuz, qeyri-aydın və xaotik – Asiyadır. Əksinə, şüur, mədəniyyət, məsuliyyət, icazə olunanla qadağa arasındakı aydın sərhədlərə malik – Avropadır. Qısası, şüursuz – Asiyadır, yəni Şər. Bütünlüklə şüurlu olan – Avropadır, yəni Xeyir. 
Hesse keçən əsrin sadəlövh adamı idi. Onun heç ağlına da gəlmirdi ki, Şər tamamilə şüurlu ola bilər. Hətta prinsipial da ola bilər. 

Bütün ədəbiyyat üç sferadan ibarətdir:
1. Müəllifin ifadə etmək istədiyi.
2. Müəllifin ifadə etməyi bacardığı.
3. Müəllifin özü də bilmədən ifadə etdiyi. 
Üçüncü sfera ən maraqlısıdır. Məsələn, Henri Millerin yaradıcılığında ən cəlbedici – dramatikləşdirilmiş, əzab çəkmiş optimizmdir. 

Hekayəçi səs və eşitmə səviyyəsində fəaliyyət göstərir. Nasir – ürək, ağıl və qəlb səviyyəsində. Yazıçı – kosmik səviyyədə. 
Hekayəçi insanların necə yaşadığını deyir. Nasir – insanların necə yaşamalı oduğunu. Yazıçı – insanların nədən ötrü yaşadığını. 
Ardı →