"Qara adam” Sergey Yesenin

Sergey Yeseninin dünyasını dəyişməsi müasirlərini çox kədərləndirmişdi. «Kəndli» adlandırdıqları şairə görə şəhərlərdə, proletar paytaxtlarda, əsasən də daimi yaşadığı Moskvada göz yaşı tökürdülər.

...Bütün Tver məhəlləsində
Küçələrdəki hər bir köpək
Mənim yüngül yerişimi tanıyır...

Onunla vida Nikitski bulvarında baş tutdu, Nəşrlər evinin (hazırda jurnalistlər evi) girişində «Böyük rus xalq şairi Sergey Yesenin burada dəfn olunub» yazılmış plakat asılmışdı
Onun nəşini buradan yüzlərlə dəfə gəzdiyi Tver bulvarı ilə,  o dövrdə Moskva yazıçılarının klubu olan «Gertsen evi»nin yanından keçərək apardılar. Uzaqlara doğru yol alan yürüş həmin vaxt Tver bulvarının zirvəsində qərar tutanPuşkinin abidəsinə tərəf üz tutdu və tabut abidənin ətrafında üç dəfə dolandı. Burdan Vaqankovoya doğru hərəkət etdilər.
Davamı →

Sergey Yesenin: gözəllik aşiqi və kəpənəkqanadlı şeirlər

Onun gözlərində Şərq ecazkar, sirli bir aləm idi və bu amil onu maqnit kimi özünə cəzb edirdi. Məhz Şərqə olan bu sevgi 1921-ci ildə Yeseninin Türküstana (Orta Asiya), Ural və Orenburqa səyahətə çıxmasına səbəb oldu. Daşkənddə köhnə dostu şair Aleksandr Şiryayevla görüşən Yesenin dərhal ictimaiyyətin diqqətini özünə cəlb etdi. Özbəkistanda olduğu zaman Yesenin tez-tez çayxanalara gedir, özbək milli musiqisinə qulaq asır, yerli şairlərlə yaradıcılıq müzakirələri keçirir, qədim abidələrlə tanış olurdu. O, Türküstana olan sevgi və məhəbbətini yazdığı alovlu şeirləri ilə ifadə edirdi.

Onun adı bir vaxtlar SSRİ və rus ədəbiyyatında XX əsrin dahi şairlərindən biri, yeni dövrün Puşkini kimi çəkilirdi. Bu baxımdan azərbaycanlılar üçün Mükayil Müşfiq nə deməkdirsə, ruslar üçün də Yesenin o deməkdir. Həm Yesenin, həm də Müşfiq faciəli bir ömür yaşadılar və çoxlu sayda müəmmalar qoyaraq özlərinin gözləmədikləri şəkildə əbədiyyətə qovuşdular.
Davamı →

Qalina və Yesenin – ölümlə bitən sevgi

  • Sevgi
Sergey Yesenin həyatında çoxlu əyləncə və romanlar yaşayıb, ancaq onlardan birinin tarixçəsi ayrıca qeyd olunmağa dəyər.

Mənim üçün ən əziz olan hər şey bu qəbirdədir
1926-cı ilin bir dekabr səhəri açılar-açılmaz Moskvanın Vaqanskov qəbiristanlığının gözətçisi güclə eşidiləcək güllə səsinə oyandı. Sonra yenə daha bir güllə açıldı. Gözətçi komasından bayıra atılan kişi səs gələn səmtə — Sergey Yeseninin qəbrinə sarı qaçdı…
Davamı →