Sevgi haqqında

Sevmək inanmaqdır.
Sevmək yaşamaqdır.
Sevdiyini özü kimi, özündən də çox hiss etməkdir
Sevmək sevdiyi olmaqdır.
Sevməkdə iki olub sonradan bir olmaqdır.İki bədən, iki ürək, iki qəlb yoxdur sevgidə. Tək bir ürək, tək bir qəlb vardır sevgidə.
Ardı →

Sevgi

Dillə anladılmayan 5 hərflik sözdü içində min bir sehri olan bu sözün anlamını hər kəs anlamaz.
Sevginin ilk nəfəsi,məntiqin son nəfəsidir.

Sevmək məncə ölənədək Birini Sevmək deməkdir!!!!!!
Sevmək acı çəkməkdir, sevməmək ölmək.Sevmək zövqdür amma tək sevilmənin heç bir zövqü yoxdur.
Qarşımda onun şəkli var onun gözlərinə baxıb bu sözləri yazıram.Onu çox çətinliklə qazandım asan itirə bilmərəm… O məni ağlada biləcək, həsrətindən öldürə biləcək yeganə biridir Allahımdan, Anamdan sonra Yalnız onu Sevdim!!! O mənim ən yaxın Dostum oldu, Can Dostum deyə biləcək biri oldu O mənim Mələyim Oldu!

Sevgi həzzi, dostluqla duyğu həzzlərindən yoğurulmuşdur.

Kaşki onu görə biləydiz zahirən yox Daxilən mənim gördüyüm kimi görə bilsəydiz Məni anlayardız… Onun saçları ,baxışları… Onu yaradan mənə verən Allahıma qurban olum Onu Dünyaya gətirən Ananın qarşısında baş əyirəm! Onu Sevirəm Çox Sevirəm!!! Dünən demək olar bütün günümüzü birlikdə keçirtmişik Bu gündə onu görmüşəm ama yenə ondan doymamışam Allah bütün Sevənləri Bir-birindən ayırmasın Amin!!!!!
Sevgi dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin ağrısından yaradılmışdır.
Sevgi – Müqəddəs bir hissdir onu uçuruma aparmayın Çalışın Sevdiyinizi Bağışlayın Hərşeyi Bağışlamağı Bacarın! Sevin – Sevilin! Hər şeyi keçməyi Unutmağı Bacarın! Allah Bağışlayanı Bağışlar!

Davamı →

Ən ağlamalı sevgi nağılı

  • Sevgi

Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:

'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik…


Ardı →

Real hadisələr üzərində qurulub

  • Sevgi
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc… Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
slində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün…
Ardı →