Sevginin kök hüceyrəsi: Simona de Bovuarın eşqi

  • Sevgi
Simone de BeauvoirSənə məktub yazıram. Yazarkən, barmaqlarımın bu qədər gözəl sözü necə bir araya yığa bilməsinə heyrət edirəm.

Sevgini beyinlə bərabər, barmaqların ucunda hiss etmək necə əsrarəngiz hiss imiş. Varlığının möcüzəsi sanki barmağımdan bədənimə işləyib. Yazmaq öpüşmək qədər gözəl deyil, yavan, hətta bir az tənha və olduqca hüzünlüdür. Amma ümidsizliyə qapılmaqdan yaxşıdır.

Simona de Bovuar deyirdi ki: “Eşq məktubu yazmaq böyük axmaqlıqdır. Eşq kağıza köçürülməyəcək qədər alidir. Amma sevdiyin insanla arada Atlantik okean varsa, başqa nə edə bilərsən? Sənə bu qədər məsafədən nə göndərə bilərəm ki? Nə öpüşlərim dodağına yetişər, nə yanağımdan süzülən yaş gözünə görünər. Göndərə biləcəyim sözlərdir!”
Davamı →

Həlak olan tankçının ünvana çatmayan MƏKTUBU

1941-ci ilin oktyabrında Rusiyanın Vyazma şəhəri yaxınlığındakı meşədə alman ordusunun mühasirəsini yarmağa çalışan tank ekipajının üzvləri həlak oldular. Yaralanmış kiçik leytenant İvan Kolosov sevgilisi Varyaya son məktubunu yazdı. Tankı 25 il sonra tapdılar. Ordan İvan Kolosovun da meyiti çıxdı. Onun üzərindən göndərilməmiş məktub və foto tapıldı. Varvara Juravlyova bu məktubu 25 il sonra oxudu...

 25 oktyabr 1941-ci il


Ardı →

On üç günün məktubları | Cemal Süreya

  • Sevgi

Sənlə rastlaşdıgım gun susuz, yalnız idim. Gozlərini bir nəfəsə cəkdim icimə.Cemal Süreya ciddi bir əməliyyat üçün xəstəxanada yatan həyat yoldaşı Zuhal Akkanata xəstəxanada olduğu 13 gün müddətində hər gün məktub yazır. 1972-ci il 12-24 iyul tarixlərində qələmə alınan 13 məktubu 1990-cı ildə Cemal Süreyanın ölümündən qısa bir müddət sonra yoldaşı Zuhal Akkanat nəşriyyatlardan birinə təqdim etmişdi. Məktublar elə həmin il çap olunub.

Məktublardan seçilmiş hissələr:

1. Zuhalım, həyat! Həyatımsan. Bunu bilməyini istəyirəm.

2. Kafenin qabağından maşınlar keçir. Bir dənə də at arabası. Səni düşünəndə o atı da sevirəm. Çay içirəm. Bundan belə cökə çay içəcəm. Evimizin qabağında bir cökə ağacı olsaydı kaş. Sən dibçəkdə də yetişdirə bilərsən. Gecə yatağımızda Memoyla (oğlu) elə hey səndən danışdıq. Susanda səninlə susduq. Yatanda səninlə yatdıq.

3. Hər şeyimi sənə borcluyam. Səninlə rastlaşdığım vaxtlarda çökmüşdüm. Sən məni təmir etdin. Əlimdən tutub ayağa qaldırdın. Mən də çörək kimi, bərəkət kimi öpüb alnıma qoydum səni, müqəddəs bildim.

4. Bir dəfə Qarsa getmişdim. Dəlicə çayı yaman gur axırdı. Ağlımda heç bir şey yox idi. Çünki o vaxtlar hələ səninlə rastlaşmamışdım. Sonra sən gəldin. Ətrafımı gözəlləşdirdin. Məni mən elədin. Memonu bəxş elədin. Sən də bizimlə yaşadın hər zaman, bunu unutma.


Ardı →