Nə idi Sinqapur möcüzəsi

«Yerli jarqonda korrupsiyaya nə ad verilir-verilsin -“faiz”, “mükafat”, “bəxşiş”, “əl çirki” – o, Asiya həyat tərzinə xas xüsusiyyətlərdən biridi. Nazirlər və vəzifəli şəxslər öz maaşları ilə tutduqları mövqenin tələb etdiyi şəkildə yaşaya bilmirlər. Vəzifələri nə qədər böyükdüsə, evləri də o qədər böyük, arvadları, sevgililəri o qədər çox olur, onları öz nüfuzları və vəzifələrinə uyğun şəkildə daş-qaşlarla bəzəyirlər. Belə ölkələrdə bizneslə məşğul olan sinqapurlular ayıq-sayıq olmalıdılar, o vərdişləri evə gətirməməlidilər”
Sinqapur Respublikasının mərhum baş naziri Li Kuan Yu

Davamı →

Digər ölkələr Sinqapur məktəblərindən nələr öyrənə bilər?

Sərt tədris metodları və möhtəşəm müəllimlər ada-dövlətini sinfin əlaçısı edir. Sinqapur 1965-ci ildə müstəqil ölkə olanda, çox az dostu və çox az təbii resursları vardı. Bəs necə oldu ki, o, dünyanın ən böyük və maliyyə mərkəzlərindən birinə çevrildi? İlk Baş nazir Li Kuan Yu ölkənin strategiyasını belə izah edib: “Sinqapurun inkişafının təməlində dayanan bircə təbii resurs var: xalq”

Bugün Sinqapurun təhsil sistemi dünyanın ən yaxşılarından biri hesab olunur. Ölkə mütəmadi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nəzdindəki Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramının (PISA) (çoxsaylı ölkələrdən olan 15 yaşlı şagirdlərin əsasən riyaziyyat, oxu və elmi bacarıqlarının qiymətləndirildiyi imtahan) zirvəsində yer alır. Sinqapurlu şagirdlər riyaziyyatda amerikalı həmyaşıdlarından təqribən 3 il qabaqdadırlar. Sinqapur eyni dərəcədə daha azyaşlı uşaqların imtahan nəticələrində də irəlidədir və onun orta məktəblərini bitirən şagirdləri dünyanın ən yaxşı universitetlərində görmək olar.
Davamı →

Qəribəliklərlə zəngin Sinqapur

Sinqapurda 3 milyon insan yaşayır. Onların əksəriyyəti itaətkar çinlilərdir. Sinqapurun rəhbəri Li Kuan Yu 1959-cu ildən 1990-cı ilə qədər burada faktiki olaraq qeyri-məhdud hakimiyyətə sahib idi. Bu da ona burada kompüter-dövlət yaratmağa imkan verirdi.

Sinqapur üç zonadan – turistik, iqtisadi və şəhər kənarı hissədən ibarətdir. Hər zona 5 kilometr enə sahib qüsursuz ot örtüyü ilə ayrılır.

Burada ictimai asayişin, qaydaların pozulmasına ağır cərimələr nəzərdə tutulur:

— Yerə tüpürməyə görə – 500 dollar.
— İctimai yerlərdə siqaret çəkməyə görə – 500 dollar.
— Yerə zibil atmağa görə – 500 dollar.
— Dibçəkdəki gülləri sulayarkən onların nəlbəkilərinə suyun yığılmasına səbəb olmaq – 500 dollar (su ağcaqanadları cəlb edir).
Ardı →

Sinqapur, “Marina Bay Sands-3” oteli

 Əvvəllər Sinqapurun  klassik mənzərəsi “Swissotel” otelindən görünüş hesab olunurdu,ancaq bir neçə il öncə göydələnlərlə okean arasından damında hovuzu,palma ağacları,restoranı və müşahidə meydançası olan “Marina Bay Sands-3”oteli tikildi.İndi Sinqapurun klassik görünüşü tamamilə dəyişib.

Davamı →

Sinqapur Milli Universiteti

Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Sinqapur Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 30-cu yerdədir. Bu ali təhsil müəssisəsi dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi  üzrə tanınıb.


Ardı →

Sinqapur şəhəri-Asiyanın Kəhrəbası

Vaxtilə Malayziyanın bir hissəsi olan Sinqapur əsrarəngiz təbii gözəlliyə və zənginliyə malikdir. Buna görə də rəssamlar bu şəhəri dəniz sahilində yatmış gözələ bənzədirlər. Dünyanın hər yerindən turistləri cəlb edən Sinqapuru həm də kəhrəba şəhər adlandırırlar. Sinqapurun ecazkar təbiəti insana öz qayğılarını unutdurur, onu tamam başqa bir aləmə aparır. Eyni zamanda insan bu şəhərdə özünü olduqca sərbəst və təhlükəsiz hiss edir.

Digər tərəfdən, Sinqapur hərtərəfli, yüksək inkişaf etmiş unikal məkan kimi dünyada şöhrət qazanıb.
Ardı →