Start-up Sahibkarlığı ixtisası üzrə distant magistr dərəcəsi
Şotlandiyanın ən yenilikçi, müasir universitetlərindən biri olan Qərbi Şotlandiya Universiteti Macarıstanın İnternational Business School universiteti ilə birlikdə iki illik distant master proqramları təklif edir. İnteraktiv dərs materialı əsasında qurulan distant təhsil proqramları sizə öz cədvəlinizə uyğun təhsil almaq şəraiti yaradır. Biz tələbələrimizi hər semestrin əvvəlində, dərslərdən əlavə olaraq sənaye ekspertləri tərəfindən keçirilən seminar və təcrübə proqramlarında iştirak etmək üçün Macarıstana (Budapeşt şəhərinə) dəvət edirik. Tələbələr həmçinin Avropanın və bir çox aparıcı beynəlxalq şirkətlərin ofislərini ziyarət etmək fürsətini qazanırlar.
MAGİSTR PROQRAMLARI HAQQINDA QISA MƏLUMAT
Proqramın müddəti: 4 semestr
Son qeydiyyat tarixi: 31 May, 31 Oktyabr
Başlama tarixi: Sentyabr, Fevral
Semestr ödənişi: 1900 AVRO
Avropa İttifaqından olmayan tələbələr üçün qeydiyyat haqqı: 900 AVRO
Qərbi Şotlandiya Universiteti tərəfindən verilən magistr dərəcəsi
Proqram online və ingilis dilində keçirilir.
Qəbul şərtləri üçün: www.study-hungary.com və info@ study-hungary.com
Tələb olunan əsas sənədlər:
— IELTS mimimum bal 6.5
— TOEFL IBT 90 bal
— Bakalavr pilləsini bitirmək haqqında sənəd (hansı ixtisas olmasının fərqi yoxdur)
Təhsil almaq üçün karyeranıza fasilə verməyinizə ehtiyac yoxdur. Bizdə bütün ehtiyaclarınızı qarşılayacaq yeni online təhsil sistemi var. Start-up Sahibkarlığı üzrə magistproqramı yeni yaranan və o cümlədən ilkin inkişaf mərhələsində olan biznesin idarə olunması üçün lazımi bilikləri verir. Bu proqram müəssisələrin idarə edilməsi, məhsulun inkişafı, marketinq və maliyyə problemlərinin həlli istiqamətində bilik və praktiki bacarıqlar verərək tələbələri gələcəyə hazırlayır. Bu unikal proqram bir məqsəd üçün nəzərdə tutulmuşdur: yenilikçi start-up-lar dünyasında sahibkar olaraq uğur qazanmaq üçün əsas bacarıqları inkişaf etdirmək. Siz yeni biznesin yaradılması və sahibkarlıq haqqında geniş bilik və təcrübə əldə edəcəksiniz.
Modullar:
Yenilikçi fikirlər və yaradıcı konsept
İstehlakçı davranış və müştərinin qiymətləndirilməsi
Biznesin başlaması və miqyası üçün layihənin idarə edilməsi
Online marketinq strategiyası
İlkin (venture) sərmayesi və maliyyənin artırılması
Biznes modelin dizayn edilməsi
Axtarış metodları
Menecement
Sahibkarlıq və texnologiya
İnnovasiya və dəyişim menecmenti
Əqli mülkiyyətin qorunması
İstedadların cəlb edilməsi və komandada qorunub saxlanması
Dissertasiya işi
Davamı →