Oğuz Atay

Həyatı
Oğuz Atay 1934-cü ildə Kastamonuda dünyaya göz açıb. Atası Cəmil Atay, Sinop və Kastamonunun millət vəkili olub. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçən Oğuz bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə İstanbul Texniki Universitetinin İnşaat fakültəsini bitirib. 3 il sonra o, İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının inşaat fakültəsində çalışmağa başlayıb. 1975-ci ildə dosent olan Oğuz Atay “Topoqrafiya” adlı ixtisas kitabı yazıb. Bundan əlavə, onun müxtəlif qəzet və jurnallarda yazıları da dərc olunub.

Karyerası
Oğuz Atay bir müddət solçu kütlələrlə yaxınlıq edib. İkinci Ankara dövründə isə özünə ədəbiyyatçı dostlar tapıb. Əsgərlik dostu Cevat Çapan onu Vüsat O.Benerlə tanış edib. Beləcə, bir müddət sonra Vüsat Benerin evi onun üçün kitablardan, yazıçılardan və ədəbiyyatdan rahat danışa bildiyi oylağa çevrilib.
Davamı →

Soyuq yuxu | İmdat Avşar

Qaranlıqdı. Gecəni ürpərdən, qara boşluğun qatran pərdələrini cıraraq əks-səda verən bir zəng səsi eşidilir. Axşamdan başlayan külək bir müddət sanki zəng səsini dinləyir, ani olaraq qanadlarını salıb dayanır, süzür…
Pansionatın binasının beton divarlarını aşan o səs yaxınlıqdakı Cincavat çayının uğultusunu da batırır və bu dəli çayın boz-bulanıq sularına qarışaraq qara bir ilan kimi axıb gedir.
Zəng səsinin ardınca koridorlarda bir qaçışma başlayır. Aşağı mərtəbədən beton döşəməni aramsız döyən taxta ayaqqabı, yalın ayaq səsləri və artaraq uşaq pıçıltılarını udan şkafların qapılarının cırıltıları gəlir.

Ardı →

Süd (hekayə) | Xalid Aşlar

Bütün gecə vedrədən tökürmüş kimi yağış yağmışdı. Günəşin ilk şüaları yaşıl yarpaqların üzərindəki gecədən qalma damlaları ustalıqla buxarlandırırdı.
Tozlu pərdələrin arasından süzülən işıq gözlərini qamaşdırdı. Dikəlib zəngli saatına baxdı. Saatın çalmasına hələ qalırdı. “Niyə erkən oyandım?” deyə düşündü. Yuxulu gözləriylə divar kağızları üzərindəki gül fiqurlarına baxdı. Elə bu vaxt hərdən səhərlər eşitdiyi “Moloko, molokoo…” səsi bayırda əks-səda verdi.
“Lənətdəmə yenə qışqırır” deyə söyləndi. Yuxusu qaçmışdı. Çarpayısını cırıldadaraq qalxdı, pəncərəyə yanaşıb çölə baxdı. Pəncərənin qabağındakı söyüd ağaclarının üstündə dələlər qırx illik sirk ustaları kimi ora-bura qaçışırdı.
Birdən ağacların arasından südsatan qadın göründü.
Ardı →