Bəşəriyyətin Gələcəyi

Bütün böyük dəyişikliklər insanları qorxudur.

evolution01

Güman ki, biz Homo Sapiens nəslinin son nümayəndələrindənik. Bir-iki əsrdən sonra biz ya bəşəriyyəti məhv edəcək, ya da texnologiya vasitəsi ilə özümüzü üstün bir canlıya çevirəcək qədər dəyişəcəyik. Biz həyatın çox vacib qaydalarını dəyişməyə yaxınıq. 


Davamı →

Meymunlar indi niyə insana çevrilmirlər?

Təkamül Təlimini tam anlamayan şəxslər bu sualı tez-tez verirlər. Halbuki, insanın necə yaranmasına dair yeganə elmi nəzəriyyə olan Təkamül Təlimində meymunun insana çevrilməsinə aid heç bir fikir yoxdur.

Təkamül Təliminə görə, meymunun və insanın ümumi əcdadları olub. Həmin ümumu əcdadın populyasiyalarından biri müasir insana, digəri müasir meymun növlərinə çevirilib. 

Təkamül həyat şərtlərindən asılı olaraq baş verir. İnsan və meymunun ümumi əcdadından müasir insanın yaranmasına qədər 6,5–7 milyon il vaxt keçib. Yalnız Afrika savannalarında yaşayan populyasiyalar həyat şərtlərindən asılı olaraq bu təkamülə məruz qalıblar. Eyni canlı növünün meşələrdə yaşayan populyasiyaları tamam fərqli istiqamətdə təkamül edərək, müasir şimpanze və bonobolara çeviriliblər. 
Ardı →

Fərqli xüsusiyyətlərə malik olan irqlər necə yaranmışdır?

Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları müxtəlif insan irqlərinin olmasını təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia əslində müdafiə etdikləri nəzəriyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən daha çox dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlayıbsa, bir-birindən fərqlənən irqlər necə yaranıb?” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə meydana gəlib?” deyirlər.


Ardı →

Təkamül Yalanı

Təkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır. Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir. Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır.
Ardı →

Atın təkamülü əfsanəsi və mərhələləri

Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri «atın təkamülü» əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır. «Atın təkamülü»nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir.
Ardı →

5.3 Sahənin təkamülü və proqnozlaşdırılması

Bir sahə daxilində həll edilməli olan kritik problemlər onun inkişaf təkamü­lünün mərhələsindən asılıdır. Porter (Porter, 1980) sahənin təkamülünün üç əsas mərhələdən ibarət olduğunu bildirir: yaranma, yetkinliyə keçid və tənəzzül (şəkil 5.3).  Bu mərhələlər bütövlükdə, məhsulun həyat dövrü mərhələlərinə az və ya çox uyğun olan məhsulun inkişafına analojidir. Bununla belə, sahənin təkamülünün məhsula olan aidiyyatı həyat tsiklinin brendə olan aidiyyatı kimidir. Məsələn, əgər musiqi sənayesində məhsulun həyat tsikli, tutaq ki, vinil vallarından və ya kompakt-disklərdən asılıdırsa, onda, sahənin təkamülü silindrdən 78, 45 dövrlü vallara, vinil albomlara, 8 çıxışlı çarxlara, kasetlərə, kompakt disklərə, rəqəmli audioyazılışılara və sonrakı texnologiyalara keçid dövrünü əhatə edir.


Ardı →

Geriyə boylananda...

Deyirlər ki, şairlər, yazarlar otuzundan (30 yaşından) sonra daha gözəl əsərlər yaradırlar. İndi bilmirəm bu nə dərəcədə doğrudur, nə dərəcədə yox, hər halda bir fikirlə razılaşmamaq mükün deyil ki, insan yaş ötürdükcə həyatdan daha çox şey öyrənmiş olur. Bilik qazanır, dünya görüşü artır, maraq dairəsi genişlənir və beləliklə insan daima öz zövqünü də tərbiyələndirmiş olur.

Keçənlərdə 3-4 il bundan öncə getdiyim bir toyun video çəkilişinə baxırdım və özümü görəndə istəyirdim ki, o kaseti tez dayandırıb, yox edim. Halbuki həmin toy anbaan xatirimdədir. O taya elə hazırlaşmışdım ki… Geyimim, saç düzümüm- bunların hamısına zövqlə, xüsusi həvəslə yanaşmışdım və o vaxt elə zənn edirdim ki, çox gözəl görünürəm. Amma indi o görüntülərdən dolayı özümə o qədər gülürəm ki…


Ardı →

Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu

İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.
İrsiyyətin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsiyyətin maddi daşıyıcıları genlərdir. İrsən fiziki əlamətlər (qamət, sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir.


Ardı →

Marketinqin tarixi

Marketinqin mahiyyəti bir və ya daha çox tərəfin öz tələblərini yerinə yetirmək üçün bir-biri ilə nə isə dəyərli bir şeylə mübadilə prosesi aparmasıdır. Bir halda, insanlar pullarını CD, geyim və ya avtomobil kimi maddi əşyalara verir. digər halda qeyri-maddi, məsələn, uşaqlara baxmaq üçün, bərbərxanada saç düzümü və ya konsertə getmək üçün pul verirlər. Elə situasiyalar da vardır ki, insanlar öz vəsaitlərini və ya vaxtlarını əvəzsiz verirlər, deyək ki, Qırmızı Xaç təşkilatına qan verir, yeni idman zalının, kilsə və ya məktəb tikintisi üçün ianə verir və ya ətraf mühitin yaxşılaşdırılması üzrə kampaniyada iştirak edirlər.
Marketinqin həmişə biznesin bir hissəsi olması və belə də qalmasına baxmayaraq, onun mühümlüyü xeyli dəyişir. Marketinq tarixində dörd dövrü nəzərdən keçirək: 1) istehsal dövrü; 2) satış dövrü; 3)marketinq dövrü; 4) qarşılıqlı münasibətlər dövrü.


İstehsal dövrü
1925-ci ilə qədər fəaliyyət göstərən şirkətlərdən çoxu, hətta Qərbi Avropanın Şimali Amerikanın ən inkişaf etmiş ölkələrində olan şirkətlər əsasən istehsalla məşğul olmuşlar. İstehsalçılar əsasən yüksək keyfiyyətli məhsul istehsalına diqqət yetirmiş, sonra isə bu məhsulun satışı ilə məşğul olan insanları axtarmışlar. İstehsal yönümlü şirkətlərdən Pillsbury-nin tarixi önəmlidir. Vaxtı ilə bu şirkətin icraçı direktoru olmuş mərhum Robert Keyt Pillsburynin fəaliyyətinin ilk illərini belə təsvir etmişdir


Ardı →